Vikipediya:Bilirsinizmi/49. Həftə 2019
From Wikipedia, the free encyclopedia
Vikipediya məqalələrindən
![Əhməd Xan Sultan](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7a/Amet-khan_Sultan.jpg/640px-Amet-khan_Sultan.jpg)
- Əslən Krım tatarı olan Əhməd Xan Sultan (şəkildə) İkinci dünya müharibəsi zamanı 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini məhv etmişdir. Əhməd Xan eyni zamanda İkiqat Sovet İttifaqı Qəhrəmanı adını almış yeganə Krım tatarıdır.
- Dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkə Nepaldır.
- Riyaziyyatda minilliyin məsələləri siyahısına salınan hər bir problemin həllinə Kley Riyaziyyat İnstitutu tərəfindən bir milyon ABŞ dolları həcmində mükafat vəd edilir.
- Azərbaycan Respublikasında etnik pont yunanların kompakt yaşadığı yeganə kənd Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Mehmana kəndi olmuşdur.
- Gürcü şərabı ən qədim şərab olaraq Ginnesin Rekordlar Kitabına salınıb. Şərab Erkən neolit (e.ə 6000-5800) dövrünə aid edilir.