Vikipediya:Bilirsinizmi/4. Həftə 2015
From Wikipedia, the free encyclopedia
Vikipediya məqalələrindən
![Kraliça Annanın Əsasnaməsi](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Statute_of_anne.jpg/320px-Statute_of_anne.jpg)
- Kraliça Annanın Əsasnaməsi (şəkildə) nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında dünyada ilk aktdır.
- 2014-cü ildə Azərbaycan vikipediyasının ən uzun məqaləsi PKK təşkilatının həyata keçirdiyi teraktların siyahısıdır.
- 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya oyunlarında qələbə qazanan idmançılara verilən medallar qızıldan yox, gümüşdən idi.
- Dünyada ilk kalkulyator olan arifmometrdən 90 il ərzində istifadə edilmişdir.
- "Vağzalı" rəqsinin özü "vağzal" sözündən daha əvvəl yaranıb.
- Toyuq korluğunun əsas müalicəsi çoxlu sayda A vitamini qəbul etməkdir.
- Dünyanın ən böyük mağarası Vyetnamda yerləşən Şondonq mağarasıdır.