Vikipediya:Arbitraj Komitəsi
From Wikipedia, the free encyclopedia
Qayda səsverməsi başlasa da sonradan yarıda dayandırılmışdır.
- Səsvermə müddəti:
- Qüvvədədir:
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
|
Arbitraj Komitəsi (bundan sonra: AK) — Vikipediyanın azərbaycan dilindəki bölməsində (bundan sonra: AzViki-də) bölmənin işində ortaya çıxmış ciddi anlaşılmamazlıqların, bölmədə fəaliyyət göstərən tərəflər (bürokrat, idarəçi və aktiv istifadəçilər) arasında yaranmış ciddi mübahisə və konfliktlərin aradan qaldırılması, bürokrat və idarəçilərin açıq-aşkar, yaxud dolayı yolla Vikipediyanın prinsip və qaydalarına zidd hərəkətlərinin, yaxud hərəkətsizliklərinin qarşısının alınması üzrə səlahiyyətli seçkili komitə (AzViki-də fəaliyyət göstərən aktiv istifadəçilər və anonim istifadəçilər Vikipediyanın prinsip və qaydalarına zidd hərəkətlər etdikdə AzViki-nin bürokrat və idarəçiləri öz səlahiyyətlərindən istifadə etməklə bunun qarşısını özləri almağa çalışmalıdırlar). AK "Arbitraj Komitəsinin seçilmə qaydaları"na əsasən səsvermə yolu ilə 1 il müddətinə AK-ya üzv seçilmiş təcrübəli vikipediyaçılardan təşkil olunur.