Vikipediya:Ədalətli istifadə
From Wikipedia, the free encyclopedia
Vikipediyanın məqsədlərindən biri azad məzmuna malik ensiklopediya olmaqdır. Azad məzmun dedikdə yenidən yayımlanması, dəyişdirilməsi və digər istifadələr üçün müəllif hüququ məhdudiyyəti olmayan məzmun başa düşülür. Bu kriteriyaya uyğun gəlməyən məzmun azad olmayan məzmundur. Azad olmayan məzmunə müəllif hüquqları tam qorunan məzmun aiddir.
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Vikimedia Fondunun lisenziyalaşdırma siyasətinə əsasən Vikimedia layihələrində olan bütün məzmunun azad olması gözlənilir. Lakin istisnalar mövcuddur. Vikianbar istisna olmaqla, yerli layihələrdə azad olmayan məzmundan istifadə barədə doktrina ola bilər. Bu doktrina "ədalətli istifadə" adlandırılır. Azad olmayan məzmundan istifadə minimal olmalıdır və ancaq ehtiyac olduqda (məsələn, qorunan əsəri nümayiş etdirməkdə) yüklənməlidir. Əgər eyni məqsədi yerinə yetirən azad məzmun mövcuddursa, azad olmayan məzmundan istifadə olunmamalıdır. Azad məzmun yaranan kimi azad olmayan məzmun əvəz olunub silinməlidir.