Vikipediya:İnterfeys inzibatçıları
From Wikipedia, the free encyclopedia
İnterfeys inzibatçısı və ya texniki inzibatçı (texinzibatçı) , keçmiş adı ilə interfeys idarəçisi layihədəki bütün CSS/JS səhifələrini (MediaWiki:Common.js, MediaWiki:Vector.css kimi səhifələri və ya Xüsusi:Gadgetsdəki qadcetləri), digər istifadəçilərin istifadəçi fazasında olan CSS/JS səhifələrini və MediaWiki adlar fazasında olan sistem mesajlarını redaktə etmək səlahiyyətlərinə malik istifadəçidir. Kodlaşdırma tələb edən bu cür səhifələr layihənin görünüşünə və səhifələrin davranışına təsir edir.
|
CSS/JS səhifələrini redaktə etmək məsuliyyətli işdir. Bu status məsuliyyətli, bu cür səhifələrdə müəyyən qədər təcrübəsi və ya anlayışı olan, etibarlı istifadəçilərə verilməlidir.
İnterfeys inzibatçısı statusu 30 iyul 2018-ci ildən etibarən layihələrdə işləkdir.
İnterfeys inzibatçılarına müraciət etmək üçün interfeys inzibatçılarına müraciət səhifəsinə yazın.
Azərbaycanca Vikipediyada hal-hazırda 3 interfeys inzibatçısı var (interfeys inzibatçısı hüququ olan istifadəçilərin tam siyahısı).