From Wikipedia, the free encyclopedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yeni il qabağı bir mövzuya da aydınlıq gətirmək istərdim ki, prbleemləri həll edə bilim.
1)Şəkil faylları. Uannis təkli etdi ki, bir şəkil. Ancaq mən yenə təkidlə 4 şəkli bir faylada birləşdirməyi üstün tuturam. Bütün vikipediyaları gəzmişəm 4 şəkil normal sayılan və 3 ildir ki, fəaliyyət göstərən məqalələr var. 1 şəkillə onagörə razılaşmıram ki, belə şaablonlarda şəkil yox adətən afiş yerləşddirirlər. Bizim kinoların isə afişalarını tapmaq çətindir. Məsələn Qızlar (film, 2007) məqaləsinəı baxaanı afişsını tapa bildiyim üçün filmdən şəkil qoymamışam. Ona görə çıxış yolunu belə taaraq özüm pimitiv afiş yaratddım. Dörd şəkli birləşdirərək. Birinci məsələ müzakirə mövzussu deyil izahatd xarakterlidir. Çünki bunu yada müzakirə etmişik və mənə ya ayrı ayrı 4 şəkil təklif olunmuşdd. Mən də bir yerdə bir fayl şəkildə yığmağı düşündüm. --Vusal1981 13:56, 30 dekabr 2007 (UTC)
2)Musiqi faylları. Çıxış yolu budur: Mən komputerimdə bu musiqiləri birləşdirib bir faylda toplamaq istəyirəm. Bu da 9-10 faylı bir fayl halın gətirmək deməkdir. Çünki qaydaya görə 5 mb-ı keçmək olmaz. Ancaq bəzi filmlər isisna olacaq. Çünki 20-30 faylı yalnız 3 faylda birləşdirmək olar. Mənim təklifim budur. Əziyyətlə yüklədiyim və hamının sevimlisinə çevrilən bu musiqiləri ixtisar etmək mənə çox ağır gəlir. Bu fayllar bugüünkü gündə millətə çox lazımdır. İlk dəffə bunu vikipeiya edib.
3)Xarici keçid məssələsi. Demək olar ki, 50 faizini silmişəm. Fevralın sonuna qədər silinəcək. Ancaq Azərbaycan Kino videoları xarici keçidlərinin bir az qalmasını istərdim. Bu da vikipediyaya fəal istifadəçi axını deməkdir. Buna hələlik göz yummaq lazımdır.
4)Lisenziya məsəsələsi. Təklif etdim ancaq mənə heç kim kömək etmədi. Mən də özüm tapdım. Beelə ki, teelviziya səhnələri ilə film səhnələrini ayırmışam. Bu problemi özüm tamamilə həll edəcəyəm. Lazımlı bütün fayllara lisenziya yerləşdirəcəyəm. Musiq faylarına isə AOMN şablonunu, azad olmayan musiqi nüümunələri (non-free audio samples). Abreviatura şəklində şablonu yaratdım. Çünki adı çox uzun idi.
Sizin fikrinizi də bilmək pis olmazdı
--Vusal1981 13:56, 30 dekabr 2007 (UTC)
1-)Merhaba. Vusal benim sana anlatmaya çalıştığım Axırıncı aşırım (film, 1971) bu maqalede olduğu gibi bir şeyin olmaması gerektiği. bu tür ekran yakalama resimlerinden en fazla 1 tane yüklenebilir. Fazla yüklenemez. tr:Vikipedi:Resim kullanım politikası
2-)Musiqi fayllarından da yüklenmesi filmin Telif Hakkına girer. Buraya yüklenmesi anında hemen silinecektir.tr:Vikipedi:Telif hakları
3-) Xarici keçidler yalnızca seçilmiş kaynaklardan olabilir ve reklam amacı taşımaması gerekir.tr:Vikipedi:Stil rehberi (bağlantı)
4-)Lisenziyası düzgüğn olmayan her fayl anında silinir. tr:Vikipedi:Resim kullanım politikası--Uaaannis 16:21, 30 dekabr 2007 (UTC)
Digər vikilərə baxmışam minimum 1-3 mediya faylı lisenziyası da audio sample kimi göstərilib. Çoxunda 1 mediya faylı olacaq. Və bu normaldır. xarici keçiddlerin silinmesi, musiqi fayllarının birləşdirilməsi, 4 şəklin bir faylada birləşdirilməsi (digər məqalələrdə) hamısı yavaş yavaş həyata keçiriləcəkdir. Ən çoxu ilin yarısına qədər. Bunların hamısı nomraldırvə qnuna uyğundur, əlbəttə lisenizyası yerli yerində olarsa.
--Vusal1981 20:30, 30 dekabr 2007 (UTC)
Cənub Azərbaycana gore bir şeylər demək isdyirəam icazə versəniz! Mən bir İranliyam amma belə ki görürsiniz Azərbaycan dilini nisbətən yaxşi bilirəm pəs siz də çox rahat biləbilərsiniz ki Azərbaycanliyam ve Fars ya ayri bir İrtanlı deyiləm. Bilmirəm niya çox Türk xalqları belə düşünürlər ki İranın millətinin əksariyəti Türk'diler veya İran'da 30 milyon Türk (Azəri) var. Bu doğru deyil ve belə böyük bir yanlış bizə heç bir fayda çatdırmır. Buna gorə lütfən düşünüb 20 milyonu 30'a çevirməyin ki bilək həqiqət nə'dir ki öz isdədiklərimizə çatabilək. Sağolun mənin əziz möhtərəm qardaşlar! 82.208.161.233
Yuxarıdaki qeyd ağlıma başqa bir şeyi gətirdi. Önəmli olduğunu düşündüyüm üçün buraya yazmağı uyğun gördüm. Azərbaycan həm "Azərbaycan Respublikası" həm də İranın Azərbaycan ostanı mənasına gələbilər. Eləcə də Azərbaycanlı deyərkən. Bu ayrımı necə eləyəcəyik məqalələrdə? Mövzü həssasdır və bunun üçün ətraflı dəqiqləşdirmə səhifəsi lazımdır zənnimcə. Örnək -Aruzmfəal00:46, 31 dekabr 2007 (UTC)
En-vikidəki mənim də çox xoşuma gəlmədi. İranlılıqdan başqa universitetlərin nə işi var məsəl üçün orda. Mən dəqiqləşdirmə səhifəsini tərtib etməyə çalışım. Mən ən önəmli anlamın tarixi coğrafi mənada Azərbaycan coğrafiyası mənasında işlədilməsindən yanayam. Ondan sonra AR, sonra Guney Azərbaycan, sonra İran ostanlari və s. gələr. Ancaq məncə bizim Azərbaycan adlı tək bir məqaləmiz olmalıdır, ondan sonra iş xırdalanar. Bu söhbəti "bütov Azərbaycan" hallandırmasına çəkməyə çalışanlar əlbəttə ki çox olacaq ancaq bu prinsip məncə önəmlidir. Ən bəsitindən bu vikipediya əlifbası, dili ilə iki coğrafyanı əhatə edir. Niyə? Çünkü tək bir şedyir. Elə olmasaydı ayrı ayrı vikiləri olardı. Örnək olaraq da ağlıma Nederland gəlir. Necə ki Nederland yəni "aşağı ölkələr" sözü Almaniyanın, Belçikanın bir hissəsini içinə alacak mənada işlədildiyi kimi, Hollanda adı üçün də istifadə olunursa. -Aruzmfəal14:53, 31 dekabr 2007 (UTC)
Merhaba. Uzun zamandır Kino ile alakalı səhifələrlə ilgileniyorum. Elbette Azərbaycan dilində Vikipediyayı gözəlləşdirmək için tüm Vikipediyaçılar gibi ben de çalışıyorum. Burada yazacağım sorunların büyük kısmı sevgili arkadaşım Vüsal ile ama ben bilirem ki Vüsal'da vikipediyayı gözelleşdirmeğe çalışır. Ama Vüsal qardaşımın Beş əsas prinsipi iyi bilmediğini, şekil yükleme ile ilgili bilgisinin eksik olduğunu düşünüyorum. Sevgili Vüsal qardaşım;
gerekir. Qardaşım Vüsal eğer benim yanlış bildiğimi düşünüyorsa bir resmi Commons:a yüklesin ve orada anında silinip silinmediğini görsün.
İyi cevap vereyim ama sonuncu defa.
1)Gösterdiğin prinsiplere uygun resimle göster ben de hatırlayayım.
2)Kateqoriya:Azərbaycan Kinosu-Açar Sözlər bu makale değil ingilizce değilne bir şeydir. 3)Ölüm Səbəbini mən artırmışam. Nerede yanlış veya yazask diye yazıldığını söyle veya fakt olarak göster.Bunlar cevaplarım. 4)Boş makale 5000-6000 tane daha aratmak fikrindeyim. Ondan sonra da inkişaf etdireceğim. 1yıl çekecek.
Bu cevalarım. Ama unutma ki, bana karşı olanlar burada hemen seni destekleyecekler. SANA TEŞEKKÜR EDERİM.
Şimdi senin yanlışların. İlk olarak buraya türkçeden aynen 100-lerce makale göçürdün. Şimdi de aynile kalıyor. İl İlçe makalelerinde binlerce imla hataları . Sen de bunları düzltmezsen ben de onlar için metaya şikayet edeceğim.
--Vusal1981 18:37, 1 yanvar 2008 (UTC)
Wikipedia telif (copyright) ve tarafsızlık konularında çok hassas. Zaten azadlığıda buradan gelmektedir. Herhangi bir ansiklepedik amaç taşımayan, telifli ve taraflı maddeler yöneticiler tarafından silinebilir. Lütfen daha fazla uzatmayalım. herşey az-wiki için. kişisel saldırı (personal attack) yapmayalım. --Memty 19:20, 1 yanvar 2008 (UTC)
Hörmətli idarəçilər. Əgər fəaliyyət göstərirsinizsə Uannisin burada etdiklərinə bir baxın. Şəkil və ogg fayllarını müzakirəsiz silməyə göndərir. Məqalələrin keyifyyətini aşağı salır. Mənə imkan vermir ki, o faylları özüm azaldım. Belə olmaz.
--Vusal1981 18:52, 1 yanvar 2008 (UTC)
Keyfiyyətli şəkil deyəndə nəyi nəzərdə tutursunuz. Ekran görüntüsünün ən keyffiyyətlisini yükləyirəm. Ancaq indi silinsə mən gərək o filmləri yenidən tapıb yazam. Başa düşürsünüz ki, istifadəçilərin ən sevimli dahəsi olan Azərbaycan kinosu əldən gedir.
--Vusal1981 19:25, 1 yanvar 2008 (UTC)
Suala cavab verirəm : Uannis saysız hesabsız polemikalar törədəndən sonra bir yox 21 dənə kuklası olduğuna görə daimi əngəllənib. İnanmırsınız türklərdən sorusha bilərsiniz. Bunu xahiş edirəm nəzərdən qaçırmayın. Şəxsi müstəvidə yazmaq istəmirəm ancaq burada da məncə məqsədi vikipediyanın inkişafı deyil.
--Vusal1981 19:37, 1 yanvar 2008 (UTC)--Vusal1981 19:37, 1 yanvar 2008 (UTC)
Benim 1 kuklam vardı. http://tr.wikipedia.org/wiki/Kategori:Vikipedi:Uannis_kullan%C4%B1c%C4%B1s%C4%B1n%C4%B1n_kuklalar%C4%B1 bu da sizi ilgilendirmez. Başka bir isimle katkıda bulunsam benim uannis olduğumu bile bilmeyecektiniz. TR vikide olan tr vikide olur. Tr vikideki her hangi bişr icraatim az vikide karalanmama sebep olamaz.--Uaaannis 19:44, 1 yanvar 2008 (UTC)
Merhaba. Ben kendi adıma sevgili Vüsal'a son bir şans veriyorum. Eğer maddeleri düzelteceğim derse karışmam amaaaa eğer istemem derse maddelere ve fayllara sil etiketi koymağa başlayacağım. Cevap gözleyirem.--Uaaannis 19:50, 1 yanvar 2008 (UTC)
Əziz mənim fəaliyyətimi dəyərləndirən istifadəçilər. Əvvəlcə öz fəliyyətimi bir nəzərə çatdırım.
2006-cı ilin iyunundan bəri 48000 redaktə edərək 2005-dən bəri yaranan vikipediyada redaktə çempionu olmuşam.. 5000-dən çox Azərbaycn Kinosunun gözəl musiqilərini, 5000-dən çox şəklini istifadəçilərlə paylaşmışam. Bundan əlavə 1157 film barədə məqalə yaratmışam, bu da yaratdığım boş məqalələrin yarısından çoxu deməkdir. 6000 şəxs barəsində məqalə yaratmışam. Bunlardan 2000-nin şəklini tapıb yerləşdirmişəm. Vaxt tapıb 300-ə qədərini inkişaf etdirmişəm. Bundan əlavə ilk olaraq primitiv Azərbaycan kinosu barədə portal, bu yaxınlarda isə əsl "Portal:Azərbaycan Kinosu" açmışam. Və o səhifəyə diqqət yetirsəniz səhifənin günlük fəaliyyət göstərəcəyini düşünürdüm.
Planlarım hansını ki, görmıək istəyirdim : 1)Hər gün portalın dəyişkənliyinə nəzarət etmək. 2)Yeni məqalələri yaratmaqla yanaşı yerdə qalan boş film məqalələrini doldurmaq 3)bir film məqalədəki bütün ogg fayllarını bir faylda birləşdirmək, yəni əgər bir məqalədə bir fayl nəzərdə tutulursa onları etmək. Məqalələrdəki şəkillərin 4-nü bir faylda birləşdirərək primitiv bir afişa düzəltmək. Filmlərimizin çoxunun afişası yoxdur. 4)Bunlardan sonra şəxslər barədə məqalələri inkişaf etdirmək. Və nəhayət nəticədə vikipediyada azərbaycan kinosu ilə bağlı çox böyük bir nəticə əldə etmək.
Ancaq bunlar planlar idi desəm yanılmaram. Burada fəaliyyətim boyu nəinki işimə saysız hesabsız əngəl törətdilər, hətta mənimlə birgə qanunun pozuntusu dedikləri qaydaları pozma işində iştirak etsələr də indi özlərini elə aparırlar, sanki bunların hamısını mən təkbaşına etmişəm. Ona görə də görürəm ki, mən burada fəaliyyətimi davam etdirsəm burada bəzi səviyyəsizlərlə eyni səviyyəyəyə enəcəyəm. Burada artıq türklər demişkən "Körler Sağılar Birbirilerini Ağırlar" vəziyyəti yaranmışdır. Mən isə artıq özümü burada görmürəm. Bütün əməyimi dəyərləndirənləri üzsəm də, qərarımı hörmətlə qarşılayacağınıza əminəm. Digərlərinin fikirləri mənim üçün heç vaxt əhəmiyyətli olmayıb. Keçən ilin əvvəlində məqalə sayı 3000-4000 olan vikini 19500 məqaləyə çatdıraraq vikipediyanı 77-ci yerdən 49-cu yerə çıxarmışam. Ölməkdə olan vikipediyanı diriltmişəm. Ancaq mənim bu sürətli fəaliyyətim burada bir neçə nəfərin paxıllığına səbəb oldu. İkinci dəfə AMD-nin sevincək olaraq qoy bir xəbərdarlıq edim sonra bloklayım (ki, 9 aydan sonra da idarəçi seçilə bilməsin) deməsində AMD-də məni bloklamaq üçün böyük həvəsin olduğunu gördüm. Sonda bu ilin proqnozunu verərək deyirəm ki, ilin axırına kimi burası bir addım irəliləyə bilsə mənim adım Vüsal deyil. Çünki burada vikipediyanın inkişafını istəyənlərə onu inkişaf etdirməyə imkan verilmir. Polemika həvəskarı olan idarəçi və istifadəçilər isə bir-birilərinin başlarını yeyəcəklər. Mənə qarşı bir olan bir neçə şəxs, sizə isə xəbərdarlıq edirəm və sizə bir ay vaxt verirəm mənim yaratdığım bütün boş məqalələr silinməsə meta vikiyə ikinci şikayətimi yazıb onlardan xahiş edəcəyəm ki, gəlib silsinlər. Vikipediya yenidən 77-ci yerə qayıtsın. Bu XƏBƏRDARLIQDIR.
AMD-nin fəaliyyəti və seçkilər barədə Metavikiyə şikayət etmişəm. İnşallah ədalət öz yerini tapar. AMD unutma mənim kimi fəal istifadəçinin sözü hər yerdə keçər. İnşallah Vikipediya AMD, Uannis, Aruz kimilərdən qurtular. Bəlkə onda inkişaf edə...
Əziz məni sevən istfadəçilər yuxarıda göstərdiyim səbəblərdən vikipediyadan həmişəlik ayrılıram. Ancaq ola bilsin ki, Azərbaycan kinosu ilə bağlı ayrıca bir sayt açdım. Bu hərəkətimi zəiflik olaraq yox böyük bir cəsarət olaraq qəbul edin. Özümü isə bir il ərzində gördüyüm işlərimə görə əsl qalib hesab edirəm.
--Vusal1981 21:47, 1 yanvar 2008 (UTC)
Çox təəssüfləndirici bir mənzərədir. Təəssüflər olsun ki, necə realda boş-boş danışıb az iş görürük, virtualda (internetdə) da eləyik. Son bir ayda mənim burada oxuduğum mübahisələrin mətnini cəmləsəm, ən azı 200-250 səhifəlik sanballı bir kitab alınar. O kitabın həmmüəlliflərindən biri də özüm olaram:) Amma şübhəsiz ki, bu kitabın ən böyük fəsli "Vüsal və AzViki idarəçilərinin sərgüzəştləri" adlanar:) İnandırım sizi əgər istifadəçi müzakirəsi və Kənd meydanı səhifələrində yazılanlar nəzərə alınsaydı AzViki keyfiyyət göstəricisinə görə indi yəqin birinci onluqdaydı. Burada yazılanları elə cümlə-cümlə 19500 məqaləyə paylasaq hər məqalədə 20-30 cümlə olar:) Bu səbəbdən belə qərara gəlmişəm ki, boş-boş mübahisələrə vaxt sərf edincə, 3-5 məqalə yaratmaq və zənginləşdirmək daha düzgündür. Ona görə də bundan sonrakı bu tip mübahisə və diskussiyalara qatılmayacam. Amma bu sonuncu olayla bağlı öz fikrimi (axırıncı dəfə) bildirmək istəyirəm. Vüsalın boş məqalələr yaratmasına qarşı olanlardan biri də mənəm. Buradakı müzakirələrə diqqət yetirsəz bunun şahidi olarsız. O boş məqalələrdən elə 30-40-nı mən "doldurmuşam". Azərbaycan ədəbiyyatı bölməsinə baxsaz görərsiz ki, oradakı şair-yazıçılardan ən azı 15-20-də "filmoqrafiya" da var. Və mən o "filmoqrafiya"nı zənginləşdirməsəm də, o şəxslərin həyat və yaradıcılığı haqda ora məlumatlar yazmışam. Digər tərəfdən mənim zənginləşdirdiyim "Azərbaycan ədəbiyyatı" kateqoriyasında da indi 100-dən artıq boş və az məlumatlı məqalə var. Onları da tədricən zənginləşdirməyi düşünürəm. Vüsal da (neçə dəfə şahidi olmuşam burda) deyir ki, yaratdığı boş məqalələri zənginləşdirəcək. Niyə bu imkanı ona verməyək? Vuraq "gözünü çıxardaq", burdan qovalayaq? Bu adam "zavod" kimi işləyir. Hər kateqoriyanın bir "Vüsalı" olsa təsəvvür edirsiz burada nələr edə bilərik, hörmətli idarəçilər?:) Vallah heç bloklamağa vaxt tapa bilməzsiz onda. Məsələni ona gətirirəm ki, bildiyimə görə Vüsal 15 dəqiqə bloklanıb burda nə vaxtsa. 15 dəqiqə bloklanmağın özü gülməlidi axı. Elə demək olardı "Get bir siqaret tüstülət, sonra gəl (Əgər siqaret çəkəndisə, əks halda "çay içməyə" də göndərmək olar. Amma indi belə görünür ki, bu bloklamağım məqsədi ruslar demişkən "poslat kuda po dalşe" olub)" Ona görə də sonuncu səsvermədə mənim mövqeyim sizlərə məlum olan şəkildə öz əksini tapıb. İdarəçilik, rəhbərlik o deməkdir ki, sən hamının "nazıyla" oynamalısan, millət (bizim halda, istifadəçilər) sənin "nazın"la yox. İdarəçilərimizdən çox xahiş edirəm, bir az hövsələli olsunlar. Məqsədimiz aydındı. Bu məqsədə xidmət edənləri burdan gözümçıxdıya salıb "qovalamaq" lazım deyil. Vüsaldan da çox xahiş edirəm, belə kəskin reaksiya verməsin məsələlərə. --Sortilegus 00:38, 2 yanvar 2008 (UTC)
Merhaba. "Kateqoriya:Azərbaycan Kinosu-Şəxslər" səhifəsindeki maddelerin durumu ne olacak? Ben Adil Abbas böyle olan tüm maddelerin silinmesi taraftarı olsam da ilk aşamada A. A. Alov bunun gibi yarım isimli maddelerin silinmesini istiyorum. Siz değerli vikipediyaçıların da görüşlerini merakla gözleyirem.--Uaaannis 11:46, 3 yanvar 2008 (UTC)
Salam, əziz vikipediya istifadəçiləri!
İlk növbədə Vüsalın buradan getməyinə çox üzüldüm, çünki onun vikipediyaya çox yardımı olub. Onun sayəsində biz 49cu yerə gəlib çatmışıq. Vüsal burada şəxslər haqqında çoxlu boş məqalələr yaradıb və bunların hamısını pozmaq bizim xeyrimizə deyil. Əgər Vusal vikipediyada qalsaydı, o həmin boş məqalələri zənginləşdirəcəkdi. Problem olanda problemə çıxış tapmaq lazımdır. Boş-boş mübahisə etmək lazım deyil. Uaaannis boş məqalələri pozmağa istiqamətləndirməkdənsə zənginləşdirsin. Heyif Vüsalın bura sərf etdiyi vaxtlara. Ümid edirəm ki, Vüsal özünə şəxsi veb səhifə açar və işlərini orada dəvam etdirər.
Ona uğurlar.
--Baki66 19:23, 3 yanvar 2008 (UTC)
A. A. Alov gibi maddelerdeki şahsın kim olduğu belli olmadığı için gelişme imkanı yoktur. Derhal silinmelidir bence. Ayrıca tüm şahıs maddeleri silinmelidir, çünkü maddeleri gözelleşdirmek isteyenler için A. A. Alov böyle kısa bir maqale açıp geliştirmek çok zor olmasa gerek. Tüm yapılması gereken.
{{Şəxslər |şəkil = Dot1.png |şəkil məlumat= |şəkil miqyası = 100 |Adı = |Tam Adı = |Digər Adları = |Doğum Tarixi = |Doğum Yeri = |Ölüm Tarixi = |Ölüm Yeri = |Ölüm Səbəbi = |Rəsmi vebsaytı = |IMDB = }} |} ==Həyatı== ==Filmoqrafiya== ==Həmçinin Bax== *"Azərbaycan Kinosu" "Kateqoriya:Azərbaycan Kinosu-Şəxslər"
Bu yazıyı copy, paste etmek. İyi günler hörmetli vikipediyaçılar.--Uaaannis 10:01, 5 yanvar 2008 (UTC)
Salamlar. Mən ümumiyyətlə Vüsalın indiyə qədər düzəltdiyi boş məqalələrin silinməsinin əleyhinəyəm. Boş məqalələr onsuzda həmişə boş qalmayacaq. Problem orasındadır ki, bizim vikipediyada fəal istifadəçilər çox azdır. Boş məqalələrdən də başqa bizdə qısa məqalələr də mövcuddur. Əgər boş məqalələr pozulsa, o zaman qısa məqalələr də pozulmalıdır. --Baki66 22:39, 5 yanvar 2008 (UTC)
Şəkil:Anasehife-sinaq (6yan08).JPG|Ana səhifənin yeni forması. (üstünə tıqlayın ki, böyüsün)
Salam, AMD. Əgər Vüsal məzmunu copy-paste edibsə, burada məgər nə var ki? Copy-paste etmək qadağandır? :) Mən bura təzə gələndə burdaki məqalələrin 90%i boş və ya qısa səhifələrdən ibarət idi. Boş məqalələrin bəzilərini mən özüm zənginləşdirmişdim. Onu demək istəyirəm ki, boş/qısa səhifələr həmişə eyni qalmır. Getdikcə dəyişir, zənginləşir. Yenə də deyirəm hal-halzırda bizim vikipediyanın səhifələrinin 70%i qısadır və ya boşdur. Əgər boş/qısa səhifələri pozmaq qərarındasansa o zaman Azərbaycan vikipediyası ən axrıncı yerə düşəcək. --Baki66 16:43, 6 yanvar 2008 (UTC)
Məncə bu boş məqalə sayısını sürətlə artıracaq. Çünkü elə bir dəfə gəlib keçən bir çox istifadəçi üçün bir natamam məqalədə bir iki vergülün yerini dəyişdirmək daha asandır nəyinki başdan məqalə yaratmaq. Təsadüfi istifadəçini məncə kiçik düzəlişlər eləyəbiləcəyi səhifələrə yönləndirək bunun yerinə. Məsəl üçün üzərində ən çox iş gedən məqalələri ana səhifəyə qoymaq necə olar?
Canavarın can çəkişir deyəsən ;) -Aruzmzkrfəalyt20:20, 6 yanvar 2008 (UTC)
Mənim ağlıma belə bir fikir gəlir. Bir anda minlərcə məqalə, şəkil silinməsinə etiraz edənlər var. Bir tərəfdən baxanda bir anda yaratmaqla bir anda silmək arasında bir fərq yoxdur. Daha konstruktiv belə bir bir metod olar bəlkə: "boş məqalələrin inkişafı" şəklinəd bir kiçik layihə başladaq. Bir siyahı yaradılsın bəlli sayıda boş/çox qısa məqalələrdən ibarət və bunların ən az 1 vəya 2 cümlə giriliəcək qədər inkişaf etdirilməsi üçün bir vaxt qoyaq, örnək bir həftə. Bu vaxtın sonunda boş olanları göndərək dayısının yanına. Həftədə 200-250 məqalə olabilər yada daha çox gündə 50 məqalə şəklində. Beləcə iki üç aya boş məqalələrin ən azından bir çoxunu əldən çıxarmış olarıq. Fikriniz?-Aruzmzkrfəalyt16:18, 11 yanvar 2008 (UTC)
"Azərbaycan tarixi xronologiyası" məqaləsi silinib, ya yeri dəyişdirilib? --Sortilegus 04:52, 6 yanvar 2008 (UTC)
Zəhmət olmasa bərpa edin. Belə başa düşdüm ki, copy-paste edildiyinə görə silinib məqalə. Amma ordakı xronologiya tək bir mənbəyə əsaslanıb yazılmamışdı. Bir-neçə mənbədən istifadə eləmişdim. Tədricən daha da zənginləşdirmək fikrim var. Hörmətlə: --Sortilegus 15:05, 6 yanvar 2008 (UTC)
Təşəkkürlər --Sortilegus 15:17, 6 yanvar 2008 (UTC)
Salam cəsur vikidaşlar!
Burada gedən sohbətlərə nəzər saldıqdan sonra, mən də bizim Vikipediya haqqında öz fikirlərimi siyinlə burada bölüşmək istəyirm. Uzun müddət alman və ingilis Vikipediyasından işimlə bağlı olaraq istifadə edtiyim üçün mənim bu ensiklopediyalara bağlılığım artmış və bu yolla təxminən 1 il öncə bizim vikipediya rast gəlmişəm. Azərbaycan dilli vikipediyanın da informasiya baxımından qeyd etdiyim vikipediyalar kimi dolğun, mənalı və yararlı olması arzusu ilə bir neçə ay öncə mən özüm də bizim Vikipediyada məqalə yaratmağa başlamışam. Amma bizim Vikipediyada olan çatışmamazlıqlar və onların həlli yollarının müzakirəsi, həmçinin fəal istifadəçilərin azlılığı heç də könül açan olmaması məyus edicidir. Öncə boş səhifələr haqqında. Burada sohbət açılan boş səhifələrin məncə heçdə hamısı Vusal adlı istifadəçi tərəfindən açılmayıb. Məsələn, kimya kateqoriyasında da vəziyyət heç də başqa cür deyil. Yəni bu boş səhifələri yaradanların çoxu yenə də öz işləri ilə məşğuldurlar. Bu səhifələrin açılması say düzəltməyə xidmət edirsə, onda bizim Vikipediyanın öz keyfiyyəti ilə daha da qabaqda olanlara çatmasını unutmaq olar. Məncə hər yaradılan səhifəyə onu yaradan istifadəçinin özü cavabdeh olmalıdır. Kiminsə nə vaxtsa bu səhifələrin doldurulmasına ümid etmək istifadəçi qıtlığında bir az sadəlüvlük kimi görünə bilər. Digər tərəfdən Vikipediyada yeni səhifə açmaq istəyənlərin özlərinin könkret fikirləri və arzuları olur ki, bu da başqalarınınkı ilə toqquşmaya bilər.
İkinci məni narahat edən məsələ struktur problemidir. Bir çox məqalələrin kateqoriyaları düzgün göstərilməyir. Məsələn, avtomobil hüquqda, maşın kino kateqoriyasında verilir. Bu haqqda istifadəçilərin məlumatlandırılması məqsədəuyğun olardı.
Üçüncü dil məsələsidir. Məncə məqalələr təmiz azərbaycan dilində yazılmalıdırlar. Çünki, Vikipediya ensiklopedik məlumatları özündə cəmləşdirən mənbədir. Burada verilmiş informasiyanın yanlış ifadələrlə və səhflərlə təsviri onların başqaları tərəfindən istifadəsinə xələl gətirə bilər. Bu da arzu olunmazdır.
İstifadəçilərin sayının artırılması üçün məncə bir balaca reklam işi görmək yaxşı olardı. Məsələn, müəyyən qəzetlər və forumlar vasitələri ilə gəncləri buraya dəvət etmək olar. Məncə burada böyük problem, azərbaycanın internetdə aktiv olanların çoxunun rusdilli olmalarıdır. Amma neynəmək olar, dil bizim böyük problemlərimizdəndir. Ümidvaram ki, zaman keçdikcə bu vəziyyət müsbətə doğru dəyişəcək. Sizin, bizim səyimuizlə.
Mən təzə olduğum üçün ola bilsin ki, bəzi təkrarlamalara yol vermişəm. Hamınıza bu məsuliyyətli işdə uğurlar arzulayıram- Rezo 12:25, 6 yanvar 2008 (UTC)
Məqalələrin dolğunluğu istifadəçilərin sayından asılıdır. Statistikaya baxaq: en-vikidə 2 mln. məqaləyə 6 mln. istifadəçi var. Bizdə isə 19 minə cəmi 2 min istifadəçı. Odur ki, natamam məqalələr çoxdur. Məncə təbliğat dövlət təşkilatlarından, tədris ocaqlarından başlamalıdır.Ira 19:11, 6 yanvar 2008 (UTC)
Əziz vikidaşlar! (vikidaş sözünün müəllif hüquqları Aruza məxsusdur :) Arada bir müəllif hüquqlarını yada salmaqla istifadə edə biləcəyimi demişdi)
Bir az olar ki, apa bülletenində yayılmış xəbərləri oxudum. APA-da getmiş vikipediya haqqında məqaləyə rastladım. İstədim sizinlə bu məlumatı bölüşüm. Ümid edirəm APA-çılar bunu müəllif hüququ pozuntusu kimi qiymətləndirməzlər. Hər ehtimala qarşı məqaləni vikiyə deyil bu linkə köçürdüm. Bu məqalədən sonra aktiv istifaedəçi sayının daha da artacağına ümid edirəm. Bizim isə buna çox ehtiyacımız var. APA-ya təşəkkürlər.--A_M_D m-f 15:08, 11 yanvar 2008 (UTC)
Allah ağzından eşitsin:) Çox gözəl olar istifadəçilərin sayının artması. Amma son bir neçə ayda bizim Vikipedia gözlə görünən dərəcədə inkişaf edib və zənginləşib. İdarəçilərimizdən biri burda öz qarşısına qoyduğu vəzifələrdən birinin 2007-də Vikidəki məqalələrin sayının 10 000-ə çatdırılması olduğunu göstərmişdi. Pis-yaxşı plan ikiqat yerinə yetirilib:) Amma belə görürəm idarəçilərimiz "tap-pa-tap" boş məqalələri silməyə başlayıblar:) Bir az sürəti azaldın, bəlkə dolduran oldu o səhifələri istifadəçi sayı artandan sonra. 20 000-ə çatacağımız günü səbirsizliklə gözləyirəm:) O gün sizə burda bir Vikiqonaqlıq məndən:)))APA-dakı məlumatda qeyd olunub ki, iyunda buradakı məqalələrin sayı 6558 olub. 6 aya görün nə qədər inkişaf etdirə bilmişik Vikipedianı. Hələ bir-birimizlə "qırışmasaq" burda daha böyük işlər görə bilərik:) P.S. Vikiməhkəməni udan dostumuz Təbib Hüseynov kimdir? AzVikidə çalışır, yoxsa ancaq EnVikidə? --Sortilegus 16:30, 11 yanvar 2008 (UTC)
Merhaba. Wikipedia'nın kurucusu Jimmy Wales 18 yanvar'da Türkiyəyə geliyor. Sormak istediğiniz sorular varsa Türkiyə Türkcəsi Vikipediyasında Jimmy Wales 18 Ocak'ta Türkiye'ye geliyor!da sorabilirsiniz--Uaaannis 17:42, 13 yanvar 2008 (UTC)
Salam.
Axtardım axtardım amma hələki tapa bilmədim. Bu şablonları harada və necə düzəldirlər? Onları harada redaktə etmək olar? Yəqin ki, kimsə bilir. Paylaşsaz çox şad olaram.
Hörmətlə, Çingiz. --China 630 13:27, 17 yanvar 2008 (UTC)
burada yeralan müzakirə səhifələrinin hemen hamısı boştur. Bu səhifəler az vikinin kalitesini düşürdüğü gibi Metada derinliğini düşürmektedir. Siz neler düşünüyorsunuz?--Uaaannis 17:23, 20 yanvar 2008 (UTC)
Salam. Mənim bir təklifim var. Burda faylları (şəkilləri, səhifələri və s. və i.a.) silmək ixtiyarı idarəçilərdədir. Son dövrlər də belə görürəm ki, idarəçilərimiz bu işin öhdəsindən çox məharətlə gəlirlər. Bu, AzVikinin heç də xeyrinə deyil. Mən belə bir təklif irəli sürürəm (bəlkə də bu təklif artıq səslənib) - Silinəcək şəkillərin, səhifələrin (və s. və i.a.)siyahısı tutulsun - o siyahı AzVikidə bir səhifəyə yerləşdirilsin. "Silinməyə göndərilmə günü" ilə "Silmə günü" arasında ən azı 3 ay, ən çoxu 6 ay vaxt qoyulsun ("Silinməyə göndərilmə günü" həmin səhifədə yerləşdirilmə günü hesab olunsun). Bunula da bizim həmin səhifə və faylları "xilas etmək" imkanımız olsun.
Və ən əsası, burda bir "silmə səbəbi" kriteriyası müəyyənləşdirək. Məqalə nə səbəbdən silinə bilər? Bu sualın cavabını da tapaq və qanun kimi qəbul edək (müəllif hüquqları pozulub, məzmunu boşdu, az məlumatlıdı, köçürülüb və s.)
Hörmətlə: --Sortilegus 20:30, 21 yanvar 2008 (UTC)
Mən təklif edirəm ki, səhifələr bu sürətlə silinməsin. Bizim o səhifələri heç olmasa AzVikinin indiki qanunlarına uyğun qorumaq imkanımız olsun. Nəyisə silməyə qalsa - burda ondan asan heç nə yoxdur. Hər halda, pozmaq yazmaqdan daha asandır. Memty - nə Sortilegus Azərbaycan ədəbiyyatının sonuncu bilicisidir - nə Vüsal Azərbaycan kinosunun son bilicisi. İstənilən halda məqalələr silinməməli, əksinə, inkişaf etdirilməlidir. Bununla belə "sil"mə kriteriyasına daxil edilən məqalələrin dəqiq siyahısının, "sil"mə səbəblərinin, müddətinin dəqiq müəyyənləşdirilməsinin tərəfdarıyam. Hörmətlə: --Sortilegus 21:50, 21 yanvar 2008 (UTC)
Herkese selamlar,
Yazdıklarımın konusu bu başlığın altı olmayabilir, genel bir şeyler yazmak istedim. Burada sizin kadar etkin değilim ama ne olup bittiğinden az çok haberim var. İstifadəçi:Vusal1981 Ocak'ın başında buraya katkıda bulunmayı bıraktı ve bu Kend Meydanı'nda hâlâ konuşuluyor. Ama Türkçe/İngilizce Vikipediyalardan bildiğim buranın Vikipediya ile ilgili madde/haber/resimlerin konuşulduğu bir yer olması gerektiği, kullanıcıların konuşulduğu/şikayet edildiği (ki kime şikayet edildiği de belli değil) bir yer değil. Anladığım kadarıyla İstifadəçi:Vusal1981, İstifadəçi:Amd628 ve İstifadəçi:Uannis'e e-postalar göndermiş. Bu diğer kullanıcıları ilgilendirir mi? Vüsal bey bundan sonra da burada yazılmış mesajlara en azından buradan yanıt vermezmiş gibi geliyor bana. MSN ve IRC'de konuşulanların Vikipediya'da hiçbir geçerliliği yok bu biliniyor değil mi? Tabii ki hakaret olduğu taktirde bunu tasvip etmem ama IRC'de bir kullanıcı başkasına hakaret etse, yönetici o kullanıcıyı engelleyemez. "msn-də və mircdə mənim işlətmədiyim və mənə qəti aidiyyatı olmayan informasiyalar yayır" cümlesi bir kullanıcı hakkında başka bir kullanıcıya kötü bir itibar bırakmak oluyor, aynı şekilde iğrenç gibi sözcükler bence Vikipediya gibi bir siteye hiç yakışmıyor. Zaten yeterince az kişi var; bâri birbirimizi kırmayalım.
Belki Azerice Vikipediya zamanında doğal bir madde artışını sağlamadı ama şimdi bu makalelerin geliştirilmesi beklenebilir ve her şey eski seyrine dönebilir. Kurallara göre içeriksiz sayfaların silinmesi gerekir ama bunların yazılı olduğu politika sayfaları bile yok. Gene kurallara göre her bir sayfanın niçin silindiği belirtilmeli, bariz olsa da. Bütün sayfalar silinecek, yöneticilerin de çok zamanını alacak... Bunun yerine yönetici olan kullanıcılar diğer kullanıcılar gibi zamanlarını makaleler yazmaya ayırabilirler hazır pek vandal girmezken. Her şey düzene girmediğinden derinliği düşünmek gerekmez bence çünkü ayda ortalama kaç kişi kayıtlı kullanıcı oluyor, ayda kaç yeni madde açılmış oluyor bunlar belli değil. Teşekkür eder, iyi çalışmalar dilerim. --Bahar (yenə mən!) ✍ 17:59, 22 yanvar 2008 (UTC)
Bütün mübahisə AMDnin dediyi bir cümlə Vüsalın öz statistik göstəricilərini artırma üçün açdığı səhifələrdir. ilə başlayır onun üçün bütün yazılanlar yerinə bu cümlə ətrafında öz düşündüklərimi deyəcəyəm.
Bu cümlədə etik olaraq heç bir səhv şey görmürəm mən. Gedən qalan fərqi yoxdur bütün istifdadəçilərin fəaliyyəti müzakirə edilə bilər. Hələ minlərcə məqalə qalmaqalı yaradıb bütün vikipediyanı məşğul edən bir fəaliyyətdən gedirsə söhbət. Bundan başqa şəxsi baxarsaq məsələyə Vusalın AMDyə yazdığı alçaldıcı sözləri diqqətə alarsaq AMDnin istifadə elədiyi sözdə heç bir mənfi cəhət görmürəm mən, hətta tam tərsinə mən olsam onun yerinə daha ağır sözlər istifadə edərdim. AMD olduqca tərəfsiz davrandığının düşüncəsindəyəm.
Vusalın öz istatistik göstəriciləri vəya azvikipediya üçün boş məqalə yarattığı faktı isə gün kimi ortadadır. Buna etiraz edəcək bir şey yoxdur. Bir şəxs burada müzakirə olunar mı? Minlərcə məqalənin yaradıcı isə təbii ki adı çəkiləcək. Açıqca mənim şəxsən o istifadəçiyə hörmətim yoxdur artıq. Gəlin o şəxsə arxa çıxılacağına məqalələri necə səhmana salacağıq onu müzakirə edək. Şəxsin özü ilə vaxt itirməyək. AMDnin bir səhvi o olabilər ki, problem boş məqalə özü ikən istifadəçiyə diqqət çəkib. Ancaq yenə deyirəm o istifadəçinin AMDyə yazdıqları əxlaqsız sözləri diqqətə alınca, o istifadəçinin arxasında durmaq üçün mən bir səbəb görə bilmirəm. Başqa vikipediyalarda yazılan şeylərdən gedir söhbət http://crh.wikipedia.org/w/index.php?title=Vikipediya%3AToplul%C4%B1q_portal%C4%B1&diff=6262&oldid=6218. Əminəm ki, şəxsi mailə yazılan şeylər daha vəhimdir. Ayrıca o sözləri az-vikidə deyil başqa vikidə imzasız yazması o istifadaçinin vikipediya fəalliyyətindən nə başa düşdüyü haqqında sizə gözəl fikir verir. Onun üçün gəlin o istifadəçini müzakirəyə son verək. -Aruzmzkrfəalyt23:56, 22 yanvar 2008 (UTC)
Tam razı. Şimdi önemli olan sayfaların silinmesi meselesidir. Boş müzakire sayfaları ve istifadesiz fayllar, ayrıca Kateqoriya:Vikipediya:Silinəcək səhifələr buradaki faylların kısa sürede silinmesini istiyorum ancak idareçiler bunları silmiyor. İşlerinin yoğunluğundan dolayı olsa gerek. Eğer idareçiler hepsini silemeyeceklerse idareçi adayı olmayı düşünüyorum. Peki siz sayın aruz. Yönetici olmak ister misiniz. Sizi idareçi adayı yapmak istiyorum.--Uaaannis 08:27, 23 yanvar 2008 (UTC)
Ben maddelerin hemen silinmesini istiyorum çünkü; Madde sayısını nasıl olsa 17,000den daha aşağılara düşecek bir şimdi açtığımız maddelerle 17,100 yapsak ta birden 16,100lere düşünce hayal kırıklığına uğrayacağız. Ben isterim ki silme işlemi bir anda bitsin ve vikipediya misal 15,000 maddede ise 15,100 yaparken hayal kırıklığına uğramayalım. Sadece kutlayalım--Uaaannis 09:55, 24 yanvar 2008 (UTC)
Sahifəmdə görəcəyiniz kimi mən həm Türkçə həm də Azəricə vikidən istifa edirəm. Atamın üzündən və tahsilimdən ötürü olupdu. Umaram ki bu vikipediya getdikçə inkişaf eder. Mənə kömək eliyən tüm vikipediyaçılara təşşəkkür edirəm. Salamat qalın uğurlar...
P.S:Son dileğim; Benazir Bhutto sahifəsinin ana sahifəyə qoyulması.
--İğdirlisabri76müzakirə 22:58, 22 yanvar 2008 (UTC)
Mən fikir dəyiştirdim. 2009-cu ilin İyun ayında gəri qayıdacam. Hamınıza uğurlar...
P.S.: Məhərrəmlik ayından ötürü başımız sağ olsun--İğdirlisabri76müzakirə 10:39, 24 yanvar 2008 (UTC)
Salam, Vikipediyaya daxil olan yerdə dəyişiklik olmalıdır. Orada Parolun yerinə Şifrə olsa daha gözəl olar. Siz necə düşünürsünüz? --Baki66 12:44, 23 yanvar 2008 (UTC)
Mən əleyhinəyəm. "Parol" ayrı anlayışdı, "Şifrə" tamam ayrı. Həm də ki, "Parol" artıq bizim leksikona çox uğurlu bir şəkildə daxil olub. Düzdür, Rus-Azərbaycan lüğətinə baxdım, orda nə "parol"un, nə də "şifrə"nin mənası tam açıqlanmayıb ((Parol - hərbi xidmətdə və ya gizli təşkilatlarda öz adamlarını tanımaq üçün aralarında şərtləşdirilmiş məxfi söz) Şifr(ə) - 1. Gizli yazı üçün şərti əlifba; 2. Kitablarda kitabxananın qeyd işarəsi; 3. Buxqalteriyada: hesabların adı əvəzinə işlənən nömrə; 4. Ad və familyanın baş hərflərindən düzəldilən venzel)) Mənim fikrim - dəyişməyə ehtiyac yoxdur. --Sortilegus 19:34, 24 yanvar 2008 (UTC)
Salamlar. Hal-hazırda bizim vikidə 4 idarəçi var. Bunlardan yalnız biri müntəzəm sürətdə işləyir.
Hal-hazırkı idarəçi siyahısı
Memty ümumiyyətlə az fəaliyyət göstərir. Seddən də xəbər yoxdur. Mənim fikrimcə az fəaliyyət göstərən və ümumiyyətlə heç fəaliyyət göstərməyən idarəçilər idarəçilikdən çıxarılmalıdır(Bürokratlardan başqa). Burada işləyən istifadəçilər bəzi idarəçilərdən daha sürətlə işləyir. Siz necə düşünürsünüz? --Baki66 13:12, 23 yanvar 2008 (UTC)
AMD imzanı yaddan çıxartmısan :)--Baki66 23:56, 23 yanvar 2008 (UTC)
Uaansis, Memtynin işi yalnız qısa səhifələri pozmaqdan ibarətdir. İdarəçi yalnız pozmaqla kifayətlənməməlidir. Mən Memtynin idarəçilikdən çıxarılmasının tərəfdariyam. --Baki66 23:55, 23 yanvar 2008 (UTC)
Salam, Uaannis. Mən Memtynin burada qısa səhifələri birdən pozduğunu görürəm, bu bir həqiqətdir. Biz bu barədə istifadəçilər ilə danişmişdıq ki, qısa səhifələr pozulmasın. Qısa məzmunlu səhifə boş səhifə deyil. Azəbaycan vikisi hamının vikisidir, yalnız Memtynin və sənin vikipediayan deyil! Buradaki istifadəçilərin çoxu qısa səhifələrin və boş səhifələrin birdən pozulmasına qarşı çıxır, amma sən və Memty pozmaqda dəvam edirsiniz. Xahiş edirəm yuxarıda istifadəçilərin şəhrlərini oxu, məsələn İra, Aruz, Sortilegus, İğdırsabırli və s. Bu istifadəçilərin xahişlərinə və nəzərlərinə diqqət edin!
Hörmətlə--Baki66 13:56, 24 yanvar 2008 (UTC)
Qeyd: Sizdən xahiş edirəm qısa səhifə ilə boş səhifəni eyni etməyin. Onların aralarında fərq var.--Baki66 13:59, 24 yanvar 2008 (UTC)
Mən də çox təəssüflənirəm ki, idarəçilərimizdən bəziləri çox passivdilər. Amma burda da mənim mövqeyim "boş və az məlumatlı səhifələr"in silinməsiylə bağlı sərgilədiyim mövqeyə yaxındır. Silmək, idarəçilikdən çıxarmaq lazım deyil. Əksinə, yazmaq və yeni idarəçilər təyin etmək lazımdır. Sadəcə onu dəqiq bilmirəm - bizim vikipedia üçün idarəçi limiti mövcuddur, ya yox? Belə bir limit yoxdursa, 4 yox, 14 idarəçimiz olsun, nə olar ki? Məncə, onda idarəçilərimizin də işi yüngülləşər (konkret AMD-nin). 14-dən lap 10-u passiv olsun, heç olmasa 4-ü normal işləyər. İdarəçiliyə namizədlər məsələsinə gəlincə - Vüsal burda fəaliyyətini davam etdirsəydi, sonacan onun namizədliyini müdafiə edəcəkdim. Çünki mən insanlara gördükləri işlərə görə qiymət verirəm həmişə. İndiki halda idarəçiliyə namizəd kimi Bakı66 - sənin namizədliyini böyük məmnuniyətlə dəstəkləyərəm. Başqa 2-3 istifadəçi də var ki, onlar da namizədliklərini irəli sürsələr lehinə səs verərəm. Hörmətlə: --Sortilegus 19:34, 24 yanvar 2008 (UTC)
Hörmetler.--Uannismzkr 09:59, 25 yanvar 2008 (UTC)
Salam, Uanniss.
Mən təsdiq edərəm ki, Memty bəzi qısa məqalələri pozub, amma mən durub ona görə mübahisə edən deyiləm. Mümkünsə Memty iş görmədən əvvəl başqa idarəçilər kimi müzakirələrə qatılsın. Mən yenə deyirəm istifadəçilərin qeydlərini nəzərə almaq lazımdır. Söhbət başqa idarəçilərdən getmir, söhbət indi Memtyinin fəaliyyətindən gedir. Başqa idarəçiləri bura qatmaq lazım deyil.
"Eğer kural dışı bir haraketimiz varsa lütfen bunu bize söyle. Ama eğer böyle bir haraket görmediysen bizlere bunları demeye hakkın yok." Həqiqəti deməyə mənim haqqım var. Yeri gəlmişkən Vüsalın yaratdığı məqalələri TimBits də poza bilərdi. Sortilegus yuxarıda qeyd elədiyi kimi "insanlara gördükləri işlərə görə qiymət vermək lazımdır". Bir istifadəçi kimi vikipediyanın hal-hazırki vəziyyəti məni narahat edir.
Hörmətlə --Baki66 21:14, 25 yanvar 2008 (UTC)
Salam, Sortilegus. Real həyatda işim çox olduğu üçün hələlik idarəçi olmag fikrim yoxdur, amma yenədə sağ ol. Sizin sualınıza gəldikdə isə, bizim vikipediyada idarəçi limiti yoxdur. Sizin fəaliyyətinizi mən yüksək dəyərləndirirəm. İdarəçiliyə namizədliyinizi irəli sürə bilərsiniz.
Hörmətlə --Baki66 21:14, 25 yanvar 2008 (UTC)
Hörmətli vikidaşlar. Sistem mesajlarının bir qismini-daha dəqiqi nizamlamalara aid mesajları bu yaxınlarda tərcümə etdim. Tərcüməmi ideal adlandıra bilmərəm, lakin çalışmışam ki, məzmun başa düşülən və qısa olsun. Ən əsası düz olsun. Çox istərdim ki, nizamlamalarda olan tərcümələrə baxasınız və nöqsanlar varsa müzakirə edək.
Birdə ingilis dilində qarşınız çıxan mesajları barədə bildirsəniz gözəl olar. Sistem mesajlarını list üzrə tərcümə edə bilmirəm, çünki bəziləri MediaWiki default tərəfindən -artıq istifadəsizdir səbəbi ilə silinmişdir. Lakin mesajların bir qismi hələ də işləkdir. Ona görə də qarşıya çıxan mesajlara əsasən tərcümə daha düzgündür. Son tərcümələr burada
Hörmətli istifadəçilər. Xahiş edirəm bu word fayldakı söhbəti oxuyun.
Mən buraya yalniz bu mesaji yazmaq üçün gəlmişəm. Yuxarıdan göründüyü kimi istifadəçilərin çoxu bir gündə 3000 məqalənin, 1000-dən çox mediya faylının silinməsində idarəçi Memty-ni günahlandırırlar. Ancaq səhifələrin hamısını silən Uannisdir. Memty sadəcə ona parolunu verərək silinəcək səhifələr kateqoriyasındaki səhifələri silməsini tapşırıb, o isə bir gündə 3000 səhifə silib. Özü də səhifələrin hamısının mənə aid olması təsadüf deyil. Bu işdə Memty-nin günahının olması danılmazdır, ancaq Uannisin Memty-nin tapşırdıqlarından kənara çıxaraq 1) Heç bir səbəb göstərmədən və müzakirə etmədən 3000 səhifəni silməsi (sürətli silmə fələsəfəsinə görə məqalə ən azı bir neçə gün sürətlə silinəcək səhifələr kateqoriyasına göndərildikdən sonra silinməlidir) 2) Özünü bir anlıq idarəçi sayaraq Kizilsungur adli istfadəçini bloklaması onu da məsuliyyətə cəlb edir. Mənim tr vp-dəki araşdırmalarıma görə belə bir vəziyyətdə idarəçi sərt xəbərdarlıq, istifadəçi isə müddətsiz bloklanmalıdır. Maraqlanmaq istəyənlər idarəçi Khutuckdən onunla bu meseleni İRC-de mmüzakirə edib etmədiymizi soruşa bilərlər. Mən idarəçilərin hələ də ədalətli qərar çıxaracağına inandığım üçün burada bunları yazıram. Az vp-də check user səlahiyyəti olan şəxs olmadığı üçün lazımlı qərar çıxarmaları üçün metaya da müraciət etmək olar. Ancaq inanıram ki, buna lüzum qalmaz. Əgər word fayldakı söhbətin qurma olduğunu düşünənlər varsa bir az aşağıya baxsınlar. Orada Memty mənim xahişimlə mənə Uannisin sildiyi bəzi şəkilləri göndərib. Şəklin silinmə kodu da orda qeyd olunmuşdur. Bu kodu idarəçidən başqa heç kəs bilə bilməz. Nümunə olaraq 23b4fx2ibonvcx2ki9q4qbzhd52sbv5.jpg kodu misal göstərə bilərəm.
Söhbət Kızılsungurun bloklanmasından getmir. Kizilsungur Memty-ni təhqir etdiyi üçün bloklanıb. Ancaq bloklama işini idarəçi Memty deyil,Memty-nin istifadəçi adından istifadə edərək Uannis həyata keeçirmişdir Ona bu səlahiyyəti heç kəs verməyib. Bu tamamilə qaydaları pozan bir hərəkətdir. Uannis bu hərəkətlərinə görə bloklanmalıdır.
--Vusal1981 21:11, 27 yanvar 2008 (UTC)
Salam, Vusal1981. Vikipediyaya yenidən xoş gəlmisən. Bu işin içində bir şey olduğunu mən bilirdim, çünki müzakirə etmədən, səbəb göstərmədən o gədər məqalənin pozulması düzgün deyil. Əgər sənin yazdıqların doğrudursa o zaman Memty idarəçilikdən çıxardılmalıdır və Uaannis də uzun müddətə bloklanmalıdır. Mən bu mesajı oxumadan əvvəl Memtynin bu barədə məlumat verməsini xahiş etmişəm. Bütün istifadəçilər bu müzakirəyə qatılsa yaxşı olardı, çünki bu bir ciddi məsəslədir. --Baki66 21:35, 27 yanvar 2008 (UTC)
Salam Rezo. Sənin inkişaf etdirdiyin Maşın səhifəsinin Uannis tərəfindən silinməsi təsadüfi deyil. Çünki bu səhifəni mən açmışam. Göründüyü kimi yalnız bir nəfərin fəaliyyəti götürülərək onun açdığı bütün məqalələrin silinməsi nəzərdə tutulub. Sadəcə olaraq qalanlarını silməyə vaxt çatmayıb. Yoxsa 2-3 günə mənim açdığım bütün məqalələr silinərdi.
Xoş gördük Baki66. Mən də istərdim ki, Memty və Uannis bu məsələni etiraf etsinlər. AMD-yə isə demək istərdim ki, Memty öz mesaj səhifəsini təmizlədiyi üçün görə bilməzsiniz. Memty səhifəni geri qaytarsa bu mümkün olacaq. Bir də ki check user vasitəsilə İP nömrəsindən bu bloklama işini Uannisin etdiyini asanlıqla bilmək olar. Misal göstərdiyim kodu mənə Memty şəkli MSN vasitəsilə göndərdiyi üçün bilirəm. Ancaq word fayli diqqetle oxusaniz men silinen shekillerin linkini göndərəndən sonra Memty şəkli tapıb mənə göndərib. Başqa nümunə olaraq fayldan yenə kod göstərirəm və faylin adı ilə bərabər. Qalanları word fayldadır. Hamıya uğurlar və gecəniz xeyrə qalsın.
Vusal сообщает:
Ama 3-4 tane resmi geri d[ndwre bilirsen sevinirim
Mem†y сообщает:
hangileri
Vusal сообщает:
http://az.wikipedia.org/w/index.php?title=X%C3%BCsusi:Upload&wpDestFile=Gumushu_Furqon%281982%29-1.JPG
Собеседник Mem†y хотел бы передать вам файл "'gm8sy1l5dyeg1y39cq2384mdvr7dnse.jpg'" (16 КБ). Время передачи составляет менее 1 мин. при скорости модема 28,8 Кбит/c. Вы хотите принять (Alt+T) или отклонить (Alt+D) предложение?
Предложение о передаче файла "gm8sy1l5dyeg1y39cq2384mdvr7dnse.jpg" от собеседника Mem†y принято. Начало передачи...
Файл C:\Documents and Settings\Vusal\MyDocuments\Полученные файлы\gm8sy1l5dyeg1y39cq2384mdvr7dnse.jpg успешно принят от собеседника Mem†y. Прежде чем открывать этот файл, желательно проверить его с помощью антивирусной программы.
Vikipedi dışındaki konuşmaların burada bir geçerliliği yoktur. Bu tür yazışmalar asla kaynak olamaz. Bu gene Vüsal'ın beni karalama haraketi. Vüsal check user yapılması için tr:Kullanıcı:Noumenondan yardım istedi http://tr.wikipedia.org/w/index.php?title=Kullan%C4%B1c%C4%B1_mesaj:Noumenon&diff=prev&oldid=2739179 Ama daha engellenmediğime göre böyle bir olay yokmuş. Vüsal iki bilgisayardan kendine mesaj mı attı artık bilemem. --Uannismzkr 10:05, 28 yanvar 2008 (UTC)
Burada bir gündə 3000 məqalənin kim tərəfindən silinməsi araşdırılır. Şəxs müzakirə edilmir. Yazılanları silməkdənsə öz fikrinizi deyin, Uannis. Mən həmin gün Noumenonu İRc-yə dəvət etdim. Lakin online olmadığı üçün gəlmədi mən də İRC-yə girərək ad çəkmədən bu mövzunu araşdırdım. Və mənə Khutuck cavab verdi. Sizin axırıncı yazdığınız iki bilgisayardan kendine mesaj mı attı artık bilemem. cümləsini isə bu qədər türk dilini yaxşı bilməmə rəğmən anlamadım. Onu da unutmayın ki, etdiklərinizdən boyun qaçırmanız məsuliyyətinizi daha da artırır. Mən isə sözümün üstündə durub deyirəm əgər mən dediyim səhv çıxsa qoy məni həmişəlik bloklasınlar.
--Vusal1981 10:28, 28 yanvar 2008 (UTC)
Bəli qaydanın olmamağı məsələni qəlizləşdirir. Ancaq söhbət təkcə parolun etimad göstərərək istəfadəçiyə verilməsindən getmir, söhbət istifadəçinin bu qısa müddətli etimaddan sui istfadə etməsindən gedir. İstifadəçi təkcə Silinəcək səhifələrdəkiləri təmizləsəydi onda burada müzakirə predmeti yaranmazdı. Qayda olmasa da vikicəmiyyətin ümumi qərarı nəzərə alınmalıdır. Məncə bütün vikilərdə belə bir hal omadığı üçün qayda da qəbul olunmayıb. Ona görə bu bir ilkdir. Əgər düzgün qərar qəbul edilməsə o zaman idarəçi istədiyi şəxsə öz parolunu etimad edəcək. Belə bir hal isə absurd səslənir. Özümə cavabdeh olaraq deyim ki, mən yuxarıda şəxsə hücumuma rast gəlməmişəm.
--Vusal1981 11:01, 28 yanvar 2008 (UTC)
Parol ümumiyyətlə (sadəcə viki deyil həryerdə) şəxsin passportu kimidir heç kimə verilməməlidir.İtirildiyində oğurlandığında belə bütün məsuliyyət yenə sahibindədir. Ən qısa zamanda qarşı tədbir görməlidir özü. Ona görə də başqa istifadəçi tərəfindən sui istifadə olunduğunu sübut edincəyə qədər, məncə bütün məsuliyyət Memtyə aiddir. Memty bu günahlandırmalara bir açıqlama gətirməlidir.
Digər bir tərəfdən, burada yaradılmış bu minlərcə boş/gərəksiz məqalənin bir anda silinməməsi üçün, yavaş yavaş silinməsi üçün orta qərar bir konsensus qəbul olunmuşdu. Yəni müzakirələr o yöndə idi. Buna qarşı bu qədər məqalələri bir anda silmək, özü viki cəmiyyətini saymamaqdır. -Aruzmzkrfəalyt21:47, 28 yanvar 2008 (UTC)
Ancak zaman kaybetmemekiçin olsa gerek diğerlerine sebep göstermemiş. Ayrıca Memty müzakire dışı olan yarımçıq isimli maddeleri silmiş. Defalarca kez söylediğim gibi benden ve memtyden şüphelenşyorsanız lütfen metaya gidin. Benim ingilizcem olmadığı için kendime check user talep edemiyorum. LÜTFEN METAYA GİDİP CHECK USER TALEP EDİN. aksi takdirde ben zan altında kalıyorum.--Uannismzkr 07:07, 29 yanvar 2008 (UTC)
--İğdirlisabri76müzakirə 16:38, 29 yanvar 2008 (UTC)
Hamıya salam. Burada müzakirə olunan əsas problemlə bağlı mən öz fikrimi artıq bildirmişəm. Səhifələrin belə sürətlə silinməsinin əleyhinəyəm. Mümkün olsa, silinən səhifələrin bərpa edilməsini istərdim. Qısa zamanda bu qədər səhifənin silinməsi AzVikiyə qarşı hörmətsizlik, hətta deyərdim, düşmənçilikdir. Qaldı son bir neçə gündə gedən müzakirələrə - burda yazılanları nə qədər oxusam da, məsələnin (mübahisələrin) mahiyyəti mənə hələ də tam aydın deyil, həm də sözün düzü, maraqsızdır. Məncə, əsas problem burdakı prinsip və qanunlarımızdakı boşluqlardır. O, səbəbdən bəzən bir məsələ ətrafında 1-2 həftə müzakirə aparırıq, mübahisə edirik. Hələlik bu qədər. Bir aktiv istifadəçi kimi (təvazökarlıq hissi mənə yaddı:)) konkret hansı məsələ ilə bağlı fikrimi bildirməliyəm? Onu mənə sadə dildə izah edin, zəhmət olmasa (chek user, Meta və s. və i. kimi terminlər olmasın:) "Tarixi-Nadiri" yarıya qədər oxusam da, belə terminlərə orada rast gəlməmişəm:)) Hörmətlə: --Sortilegus 17:43, 29 yanvar 2008 (UTC)
Uannisin az-vikideki "fəaliyyəti" məni də çox narahat edir. Sortilegus, İğdirlisabri, Bakı66 bir çox fikirləri ilə razəyam: silinmiş məqalələr geri qaytarılmalı, Uannisə isə xəbərdarlıq edilərək bir müddət bloklanmalıdır. Bu işlərin Memti özü etməlidir. İşin çox səs küy almasına lüzum yoxdur. Yaddan çıxartmayaq ki, bizim müzakirələri ermənilər, farslar, ruslar və s. millətlər oxuyurlar.Ira 06:45, 30 yanvar 2008 (UTC)
Yuxarıdakı müzakirəyə artıq demək olar ki, bütün aktiv istifadəçilər öz fikirlərini bildiriblər. Əksəriyyət məqalələrin silinməsinə qarşıdır və günahlıların cəzalandırılmasını tələb edir. Mən Memty-yə şəxsi məktub yazıb müzakirədə iştiraka dəvət etmişəm. Bir daha Memty-yə buradan müraciət edib onu müzakirəyə dəvət edirəm. Memty sənin fikrin həlledici ola bilər və qərara gələrik ki, check user çağıraq ya yox. Ancaq belə davam edərsə check user çağırmaq zamanını artıq müəyyən etmək lazımdır.
Sortilegus check user-şübhəli istifadəçilərin İP nömrələrini yoxlayaraq bəzi həqiqətləri üzə çıxaran şəxsdir.. (yəni funksiyalarından biri odur) --Vusal1981 18:08, 31 yanvar 2008 (UTC)
Başa düşdüyüm qədər bir istifadəçi, bir idarəçinin parolundan istifadə edərək buradakı səhifələri silib? Bütün müzakirə və mübahisələr də bunun ətrafındadı. Əgər belə bir hadisə olubsa şübhəsiz həm istifadəçi, həm də idarəçi cəzalandırılmalıdır. Cəzanın növünü müəyyənləşdirmək biz istifadəçilərin ixtiyarında deyil, bu məsələnin həlli digər idarəçilərin öhdəsindədir (idarəçilərimiz və onların fəaliyyəti də göz qabağındadır. Biri fəaldı, gördüyü işləri hamımız müsbət qiymətləndiririk , digər 3-ündən birinin səsi heç çıxmır, biri bu qalmaqalın yaranmasının səbəbkarıdı, biri də bürokratdı - xəta-baladan uzaq olmaq üçün onunla işim yoxdu:))). İdarəçilik burada seçki yoluyla müəyyənləşir. Əgər seçki yoluyla seçilmiş bir idarəçi öz vəzifələrini bir istifadəçiyə həvalə edirsə bu çox səhvdir. Bu səbəbdən aşağıdakı səsvermədə "lehinə" səs verirəm.
P.S. Amd628 - bütün bu mübahisə və müzakirələrin sonunda düzgün qərar qəbul edəcəyinə inanıram. --Sortilegus 21:31, 31 yanvar 2008 (UTC)
Lütfen biriniz beni META'ya şikayet etsin. Edin ki suçsuz olduğum anlaşılsın. Yeter artık. Suçsuz olduğumun ıspatlanması bu kadar yakınken neden bana eziyet çektiriyorsunuz. Hörmetli vikipediyaçılar. Lütfen metadan check user isteyiniz.--Uannismzkr 09:05, 29 yanvar 2008 (UTC)
Məncə düz deyir bəlkə artıq check usere müraciət edək. Xahiş edirəm bu yeni bölməyə fikrinizi bildirin. Mən də mətni hazırlayım hər kəs imza qoysun check user çağıraq. İstifadəçi səlahiyyətimdən istifadə edərək müraciət edirəm çağıraq yoxsa yox. Xahiş edirəm imzanızı qoyun.
1. Çağıraq--Vusal1981 09:43, 29 yanvar 2008 (UTC)
2. İyi olur. Fakat yazdıklarınıza dikkat edin kişisel saldırı istemiyorum.--Uannismzkr 09:42, 29 yanvar 2008 (UTC)
3. Çağıraq --Baki66 23:55, 29 yanvar 2008 (UTC)
4. Çağıraq --Sortilegus 21:39, 31 yanvar 2008 (UTC)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.