Thumb
Vorren qədəhi — B.e.-nın 5-15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur. Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt-sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır.

Qədəh ilk müasir sahibi olan Edvard Perri Vorrenin adı ilə adlandırılmışdır. Vorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin "Öpüş" və Kranaxın "Adəm və Həvva" əsərləri də daxil olmuşdur. Vorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır. Qədəh Romaya Yerusəlimdən gətirilmiş, orada isə Battir şəhəri ərazisindən (qədim Bethther) imperator Klavdinin sikkələri ilə birlikdə aşkarlandığı və ehtimal ki, Yəhudi müharibəsi dövründə basdırıldığı deyilmişdir.

(Davamı...)

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.