From Wikipedia, the free encyclopedia
Dolmabağça sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. Avropa saraylarının memarlıq xüsusiyyətlərinə bənzədilərək inşa edilmiş Dolmabağça sarayına müxtəlif və fərqli üslubların xüsusiyyətləri tətbiq edildiyindən sarayın konkret hansısa üslubda olmasını söyləmək mümkün deyil. (Davamı...) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.