From Wikipedia, the free encyclopedia
Adolf Vilyam Buqro (fr. Adolphe-William Bouguereau) — akademik, realist. Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir. Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.
Bouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadının "bogue" – şabalıd qabığı sözünə oxşadığını qeyd edirlər. Bəzi tədqiqatlar isə adın "şabalıd" sözü ilə bağlı olduğunu qeyd edirlər, amma bu təxmini fərziyə hesab edilir. Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530 – cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi. Fransa burjua inqilabı zamanı bu nəslin nümayəndələrinin bir çoxu şəhəri tərk etmişdi. Şəhərdə buqrolardan adı çəkilən son şəxslərdən biri də La Roşelin polis rəhbəri olmuş Jan Eli Buqrodur. Jan Eli səkkiz uşaq atası olmuş ingilis dili professoru Samuel Eli Buqronun atasıdır. Samuel Elinin oğlu Teodor isə rəssam Vilyam Buqronun atasıdır. (Davamı...) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.