![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/75/Wikimedia_Community_Logo.svg/langaz-640px-Wikimedia_Community_Logo.svg.png&w=640&q=50)
Vikimedia hərəkatı
Vikimedia Fondunun layihəsi olan Vikipediya ətrafında formalaşmış hərəkat / From Wikipedia, the free encyclopedia
Vikimedia hərəkatı – Vikipediya da daxil olmaqla, Vikimedia layihələrinə töhfə verənlərin qlobal icmasıdır.[1] İcma bu fəaliyyəti açıq standartlar və proqram təminatından istifadə etməklə[2] özü qurur və idarə edir.[3]
Cəld faktlar Növü, Fəaliyyəti ...
Vikimedia hərəkatı | |
---|---|
![]() | |
![]() Vikimaniya 2023 tədbirinin qrup fotoşəkli | |
Növü | Fərdi töhfəverənlərin, nümayəndəliklərin, istifadəçi qruplarının və tematik təşkilatların qeyri-rəsmi təşkilatı |
Fəaliyyəti | Azad, açıq məzmun, viki-əsaslı İnternet layihələri |
Fəaliyyət göstərdiyi yer | Ümumdünya |
wikimedia.org | |
![]() |
Bağla
Əvvəlcə Vikipediyanın könüllü redaktorlar icması (vikipediyaçılar) tərəfindən yaradılmış və o vaxtdan Vikianbar (Wikimedia Commons) və Vikiverilənlər (Wikidata) kimi digər layihələrə, habelə Vikimedianı gücləndirmək üçün istifadə olunan MediaViki (MediaWiki) proqram təminatına töhfə verən könüllü proqram mühəndisləri və tərtibatçılarını da əhatə etmişdir.