Versal sarayı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Versal sarayı (fransızca: Le château de Versailles) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi saray. Versal sülh müqaviləsi burada imzalanmışdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Versal sarayı | |
---|---|
Château de Versailles | |
48°48′17″ şm. e. 2°07′13″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Şəhər | Versal |
Yerləşir | Versal[1][2] |
Memar | Lui Levo |
Tikilmə tarixi | 1661-1789 |
Eni | 600 m |
Sahəsi | 67,000 m2 (721,182 ft2) |
Vəziyyəti | yaxşı |
Rəsmi sayt |
en.chateauversailles.fr chateauversailles.fr |
Rəsmi adı: Palace and Park of Versailles | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,vi |
Təyin edilib | 1979 |
İstinad nöm. | 83 |
Dövlət | Fransa |
Region | Avropa |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00087673 |
Kateqoriya | Saray |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanmış və daha sonra müxtəlif illərdə genişlətdirilmişdir. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Roma İmperatorluğundan sonra ilk dəfə böyük ölçülər bu sarayda tətbiq edimişdir. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saray tikilə bilməmişdir.
Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna yerləşdirilməməsidir. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmamışdır. 1789-cu ildə Fransa inqilabından sonra sarayda cəmi 9 tualet vardı və onlar da kral və ailəsinə məxsus idi.
Sarayın tikintisinə 1661-ci ildə Kral XIII Luisin dövründə başlanmışdır. Sarayın tikilməsi və genişləməsi 4 mərhələdən ibarətdir:
Versal sarayı Luvr muzeyi kimi Fransanın ən əhəmiyyətli tarixi bölgələrindən biridir. Versal sarayənən bağça tərəfindəki fasadı La Vaunun son əsəridir və klassik Fransa memarlığının nümələrindən biridir. Mərmər həyət ətrafında 3 cür bina yerləşir. XIV Luis sarayı mühafizə etmək üçün mərmər həyətdə bəzi dəyişikliklər etmişdir. Memar J.H.Mansart Le Vaunun bağçadakı tikilisini tamamlamaq işini alınca Le Vaunun terrasını qaldırmışdır. Sarayın içi fasadından daha uğurlu tikilmişdir. Sarayın içindəki mərasim otaqları bir aks üzərində yerləşir. Bütün saray kralın yataq otağı ətrafında cəmlənmişdir. Sarayın ən məşhur yerləri Güzgülər Qaleriyası və Şapeldir.
Qaldırılan mərkəzi terrasda tikilmişdir. Dekorasiyası isə Le Brun tərəfindən hazırlanmışdır. Bütün koridorun divarları güzgülərlə bəzədilmişdir. Adını da məhz buradan alır. Qaleriyanın döşəməsi isə yaşıl mərmər ilə örtülmüşdür. Salonun tavanındakı əsərlərdə Le Bruna aiddir. 1782-ci ildəki ABŞ və İngiltərə arasında, həmçinin Birinci Dünya müharibəsinin sonunda məğlub olan Almaniya ilə müttəfiqlər arasındaki müqavilə bu salonda imzalanmışdır.
Versal sarayının peyzaj memarı eyni zamanda Vau sarayının peyzaj memarı olmuş Andre Le Notrdır. Le Notrın planı Versal qəsəbəsinin qərbindən başlayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.