From Wikipedia, the free encyclopedia
Vernon Smit (ing. Vernon Lomax Smith; d. 1 yanvar 1927) — amerikalı iqtisadçı. 2002-ci ildə Deniel Kanemanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Vernon Smit | |
---|---|
ing. Vernon Lomax Smith | |
Doğum tarixi | |
Doğum yeri | Viçita, Kanzas ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahəsi | Davranış iqtisadiyyatı |
Elmi dərəcəsi | |
İş yerləri | Purdue Universiteti, Braun Universiteti, Massaçusets Amherst Universiteti, Arizona Universiteti, Corc Mason Universiteti, Çepman Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Vasili Leontyev |
Tanınır | Təcrübi iqtisadiyyat, Kombinatorial tender |
Üzvlüyü | |
Mükafatları | 2002 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Vernon Smit ABŞ-nin Kanzas ştatının Viçita şəhərində anadan olmuşdur. O, Şimali Viçita Yüksək məktəbini və Frends Universitetini bitirmişdir. Vernon Smit 1949-cu ildə Kaliforniya Texnologiya İnstitutunun elektrik mühəndisliyi ixtisasından məzun olmuşdur. O, 1952-ci ildə Kanzas Universitetində iqtisadiyyat üzrə magistr, 1955-ci ildə isə Harvard Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Harvard Universitetində təhsil alarkən paralel olaraq Massaçusets Texnologiya İnstitutunun dərslərində də iştirak etmişdi.[3]
Vernon Smit 1955-1967-ci illərdə Purdue Universitetində işləmiş və ilk tədqiqatı olan təcrübi iqtisadiyyatla burada məşğul olmuşdur.
1961-1962-ci illərdə Stanford Universitetində dosent olaraq işləmiş və təcrübi iqtisadiyyatla bağlı birgə tədqiqatlar aparacağı Sidney Sigellə burada tanış olmuşdur. Daha sonra Braun Universiteti (1967-1968), Massaçusets Amherst Universiteti (1968-1972), Davranış Elmləri Yüksək Tədqiqatlar Mərkəzi (ing. Center for Advanced Study in the Behavioral Sciences) (1972-1973) və Kaliforniya Texnologiya İnstitutunda (1973-1975) işləmişdi. İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülməsinə səbəb olan tədqiqatlarını isə 1976-2002-ci illərdə işlədiyi Arizona Universitetində həyata keçirmişdi. Vernon Smit 2002-ci ildən Corc Mason Universitetində işləməyə başladı.
Vernon Smit 2005-ci ilin fevral ayında Asperger sindromundan əziyyət çəkdiyini demişdi.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.