general-mayor From Wikipedia, the free encyclopedia
Varden Qriqoreviç Çulukidze (gürc. ვარდენ გრიგოლის ძე წულუკიძე; 8 noyabr 1865 – 1923) — Rusiya İmperator Ordusunun general-mayoru, Birinci Dünya müharibəsinin iştirakçısı. Müqəddəs Georgi ordeni Kavaleri (1917). 1918–1921-ci illərdə Gürcüstan Demokratik Respublikası ordusunda xidmət etmişdir. Gürcüstanda Sovet hakimiyyəti qurulandan sonra Gürcüstan Azadlıq Komitəsinin Hərbi Mərkəzinin üzvü olmuşdur. Lakin 19 may 1923-cü ildə hakimiyyət tərəfindən həbs olunub, sonra güllələnmışdır.[1][2]
Varden Qriqoreviç Çulukidze | |
---|---|
gürc. ვარდენ გრიგოლის ძე წულუკიძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1865 |
Vəfat tarixi | 1923 |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Varden Qriqoreviç Çulukidze 8 Noyabr 1865-ci ildə Çulukidze knyaz ailəsində anadan olmuşdur. İlk hərbi təhsilini Tiflis Kadet Korpusunda almışdır. 26 avqust 1884-cü ildə Rusiya İmperator Ordusunda xidmətə qəbul edilmişdir. Hərbi təhsilini 3-cü Aleksandr Hərbi Məktəbində almış, oradan podporuçik (kiçik zabit) rütbəsi ilə məzun olmuşdur. 8 avqust 1885-ci ildən etibarən 8-ci Transkaspi Atıcı Taburuna xidmətə göndərilmişdir.
7 avqust 1889-cu ildə leytenant, 15 mart 1898-ci ildə ştabs kapitan, 6 may 1900-cü ildə kapitan rütbəsinə yüksəlmişdir. Altı il, üç ay 25 gün bir rota komandiri, sonra 2 il, 11 ay və 28 gün tabor komandiri olaraq xidmət etmişdir. 26 fevral 1905-ci ildə polkovnik-leytenant, 6 dekabr 1910-cu ildə polkovnik rütbəsinə sahib olmuşdur.
Birinci Dünya müharibəsi başlayandan ön xətdə xidmət etmişdir. 1914-cü ilin noyabr ayının ortalarına qədər 208-ci Lori Piyada Alayında döyüşmüşdür. 16 noyabr 1914-cü ildə 205-ci Şamaxı Piyada Alayına komandir təyin edilmişdir. 23 avqust 1915-ci il tarixindən etibarən yenidən eyni vəzifəyə qaytarılmışdır. 8 dekabr 1915-ci ildən döyüşlərdə yaralanması səbəbiylə Qafqaz Hərbi Dairəsinin qərargahında ehtiyat hissələrinin tərkibinə cəlb edilmişdir.[3] Orada 1917-ci il yanvarın ortalarına qədər xidmət etmişdir. 10 aprel 1916-cı ildə "Döyüşdə fərqləndiyinə görə" namizədliyi verilmiş və 21 aprel 1915-ci ildən etibarən general-mayor rütbəsinə yüksəldilmişdir.
1918-1921-ci illərdə Gürcüstan Demokratik Respublikası ordusunda xidmət etmişdir. 1921-ci ilin əvvəlində Sovet Rusiyasının XI Qırmızı Ordusunun dəstəyi ilə Gürcüstanda Sovet hakimiyyəti quruldu və bu səbəbdən Gürcüstanın menşevik hökuməti ölkəni tərk etməyə məcbur oldu. Lakin general Varden Çulukidze Gürcüstanda qaldı. Üsyana hazırlaşan Gürcüstan Azadlıq Komitəsinin "Hərbi Mərkəz" adlı gizli təşkilatına üzv olmuşdur. 1923-cü ilin martında Çulukidze və Hərbi Mərkəzin digər 14 üzvü (Aleksandr Andronikaşvili, Konstantin Abxazi, Polkovnik Georgi Ximşiaşvili, Rostom Musxelişvili, Mixail Zandukeli, Simon Bagration-Muxranski, Parnaoz Karalaşvili, İason Kereselidze, İvanon Levadilelize, İvane Kutateladze) Siyasi İdarə tərəfindən həbs edildi. 1923-cü il mayın 19-da Zaqafqaziya və Gürcüstan Fövqəladə Komissiyasının İdarə Heyətinin qərarı ilə Gürcüstanda silahlı antisovet üsyanı hazırlayan "Hərbi Mərkəzə" rəhbərlik etmək ittihamı ilə edam cəzasına məhkum edildi.
20 may 1923-cü ildə Varden Çulukidze güllələndi.[4]
Varden Qriqoreviç Çulukidze aşağıdakı mükafatlara layiq görülmüşdür:[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.