![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Vagif_mausoleum_after_restoration%252C_Shusha%252C_Azerbaijan_%2528cropped%2529.jpg/640px-Vagif_mausoleum_after_restoration%252C_Shusha%252C_Azerbaijan_%2528cropped%2529.jpg&w=640&q=50)
Vaqif türbəsi
From Wikipedia, the free encyclopedia
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur.
Vaqif türbəsi | |
---|---|
![]() | |
![]() | |
39°45′19″ şm. e. 46°45′30″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər | Şuşa |
Yerləşir | S.Quliyev küç. |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar |
Əbdülvahab Salamzadə Eldar Kanukov |
Tikilmə tarixi | 1982 |
Üslubu | konstruktivizm |
Vəziyyəti | yenidən bərpa edilib |
İstinad nöm. | 367 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
![]() |
1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu.
1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar.[1]
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır.[2]