![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/5/5e/Vampirin_g%25C3%25BCnd%25C9%2599likl%25C9%2599ri_%2528I_m%25C3%25B6vs%25C3%25BCm%2529.jpg/640px-Vampirin_g%25C3%25BCnd%25C9%2599likl%25C9%2599ri_%2528I_m%25C3%25B6vs%25C3%25BCm%2529.jpg&w=640&q=50)
Vampirin gündəlikləri (I mövsüm)
From Wikipedia, the free encyclopedia
"Vampirin gündəlikləri" Kevin Vilyamson tərəfindən L. J. Smitin eyni adlı romanlar seriyası əsasında yaradılmış ABŞ supernatural-fentezi qorxu teleserialıdır. Serialın 2009-2010-cu il mövsümü üçün hazırlanması 19 may 2009-cu ildə elan edilmişdi.[9] Serialın premyerası 10 sentyabr 2010-cu il tarixdə The CW kanalında keçirilmiş və televiziya tarixində ən yüksək reytinq göstərərək 4.91 milyon canlı izləyici toplamışdır.[10][11]
![]() DVD üz şəkli | |||||||
Ölkə | ABŞ | ||||||
---|---|---|---|---|---|---|---|
Seriya sayı | 22 | ||||||
Orijinal kanal | The CW TV | ||||||
Orijinal efir | 10 sentyabr 2009 (2009-09-10) – 13 may 2010 (2010-05-13) | ||||||
| |||||||
| |||||||
← Əvvəlki - | |||||||
Vampirin gündəlikləri teleserialının seriyaları |
Serialda hadisələr tarixi supernatural hadisələrlə zəngin uydurma Mistik Folls, Virciniyada baş verir. Hadisələrin mərkəzində valideynlərini itirmiş gənc qız Yelena Gilbert (Nina Dobrev tərəfindən canlandırılır) və Stefan (Pol Uizli tərəfindən canlandırılır) və Deymon Salvatore (Yan Somerhalder tərəfindən canlandırılır) qardaşları dayanır. İlk yeddi seriyadan sonra öldürülən Viki Danovan rolunu Kayla Yuell canlandırır. Metyu Devis serialda tarix müəllimi Alarik Zoltsman obrazını canlandırır. Daha sonra serialda onun rolu artırılır.[12] Serialın I mövsümü 13 may 2010-cu ildə 22 seriya ilə tamamlanmışdır.[13]