From Wikipedia, the free encyclopedia
Vəqf (ər.) – dini məqsədlə və ya xeyriyyə məqsədi ilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin bağışladığı daşınar və ya daşınmaz əmlak. V. XII-VIII yüzilliklərdə yaranmış, orta əsrlərdə müsəlman ölkələrində geniş yayılmışdır. Əmlakın v. edilməsi xüsusi fərmanla (vəqfnamə ilə) rəsmiləşdirilirdi. V. edilmiş əmlak satıla və ya bağışlana bilməzdi. V.-ə ayrı-ayrı kəndlər, tikililər, yol kənarlarında və yaşayış məntəqələrindəki su quyuları, dəyirmanlar, meyvə ağacları və i.a. verilə bilərdi. V. bəzən bütöv vilayətləri də Mütəvəllini çox zaman v. qoyan şəxs təyin edirdi. Bu vəzifə irsən keçə bilərdi. Mütəvəlli v. gəlirlərinin toplanması və xərclənməsinə nəzarət edirdi. Sultan Qazan xanın dövründə iri v. yerlərinə xüsusi idarə divanı (divan-i) baxırdı. Hazırda bəzi müsəlman ölkələrində (məsələn, Səudiyyə Ərəbistanında) v. indi də qalmaqdadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.