Vəhy Kitabı
From Wikipedia, the free encyclopedia
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur.[1] Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır.[2] Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır".[1]
Cəld faktlar Vəhy Kitabı, Müəllif ...
Vəhy Kitabı | |
---|---|
q.yun. Ἀποκάλυψις Ἰωάννου | |
Müəllif | Patmoslu Yəhya |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla