Vüsal İlham oğlu Quliyev (31 dekabr 1982, Kürdəmir rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini,[1] dövlət qulluğunun baş müşaviri.[2]
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Bağla
Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuşdur.[3]
Evlidir, 1 oğlu var. Atası Quliyev İlham Qədir oğlu Birinci Qarabağ müharibəsi veteranıdır.
İctimai fəaliyyəti
- 1999–2000 – BMT-nin Könüllülər Proqramında qrup koordinatoru
- 2000–2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin, 2003–2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuşdur.[4]
- 2006-cı ildə Niderlandın "Olde Vechte" Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini almışdır.[4]
- 2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il müddətində ölkəni bu qurumda təmsil etmişdir.[4]
Dövlət qulluğunda
- 2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunmuşdur[4].
- 2010–2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" üzrə işçi qrupunun və "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olmuşdur[4].
- 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir[4][6]
- 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.[4][7]
- Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş,[8][9] aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir.[4]
- 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış ictimai-siyasi işin təşkili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.[10]
- 2019-cu ilin noyabr ayında Prezident Administrasiyasında yeni yaradılmış Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.
- Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə yeni yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmiş, aprelin 30-da Şuranın ilk iclasında sədr müavini seçilmişdir.[11][12][13][14]
Müəllifi olduğu nəşrlər
- Azərbaycanda müasir könüllülüyün tarixi (ingiliscə nəşr);
- Qeyri-hökumət təşkilatları üçün yaddaş kitabı;
- Qeyri-hökumət təşkilatlarının idarə olunması;
- Müasir təlim metodları;
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0192t nömrəli 26 iyun 2021-ci il tarixli əmrinə əsasən