Uşaqlıq borusu
From Wikipedia, the free encyclopedia
Uşaqlıq (ya Fallop) borusu (lat. tuba uterina; tuba uterina fallopii - BNA, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı — lat. isthmus tubae uterinae, 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae)ən dar hissə. 4)qif (infundibulum tubae)ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3–6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Uşaqlıq (Fallop) borusu | |
---|---|
Latınca | Tuba uterina |
Yunanca | Salpinx |
Qrey | subyekt 267 1257 |
Sistem | Sidik-cinsiyyət - lat. Systema urogenitale - BNA |
Üzv | Qadın cinsiyyət - lat. Organa genitalia feminina |
Arteriya | Yumurtalıq və uşaqlıq arteriyalarının lat. rami tubari adlı şaxələri |
Vena | Uşaqlıq kələfinə və yumurtalıq venasına daşınır |
Limfa | Daxili qalça və bel limfa düyünlərinə açılır |
Embrional | Müller axacağı - lat. ductus Mülleri |
MeSH | Fallopian+Tubes |
Dorlands/Elsevier | 12827008 |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlıq borusu 1mm diametrində dəlik (ağız) — lat. ostium uterinum tubae vasitəsilə uşaqlıq boşluğunun yuxarı və bayır buçağından başlayaraq uşaqlığın divarını dəlir və xaricə çıxır; bunun uşaqlıq divarında olan hissəsi lat. pars uterina adlanır və uşaqlıq əzələlərindən ayrılır. Uşaqlıq borusu ampulu yumurtalıq yaxınlığında genələrək uşaqlıq doeusu qıfını — lat. infundibulum tubae uterinae vasitəsilə periton boşluğuna aşılır. Bu dəiyin diametri 2 mm-ə bərabərdir. Uşaqlıq borusu qıfının kənarları boru saçaqları — lat. fibriae tubae adlanan bir çox çıxıntılara bölünmüşdür. Bu saçaqlardan biri çox uzundur (təxminən 3 sm) və yumurtalığa çardığı üçün lat. fibria ovarca adlanır. Bəzən boru saçaqlarının üzərində qovuqcuqlu artımlar — lat. appendicesvesiculosi təsadüf olunur.