Ust-Lena Dövlət Təbiət Qoruğu
From Wikipedia, the free encyclopedia
Ust-Lena Dövlət Təbiət Qoruğu — Lena çayı Deltasında və Xaraulax silsiləsinin şimal hissəsinin qərb yamacında, Saxa Respublikasının Bulun ulusunun ərazisində yerləşən təbiət qoruğu. 18 dekabr 1985-ci ildə təşkil edilmişdir. Qorunan ərazinin ümumi sahəsi 1.443.000 ha-dır (14.330 km²). Sahələrin sayı 2-dir. "Delta" (Arınskaya və Maçaa-Yuyose qolları arasındakı sahə) sahəsi 1300 min ha, "Sokol" (Xaraulax silsiləsinin şimal hissini tutur) sahəsi isə 133 min ha ərazini əhatə edir. Qoruğun ərazisinin çox hissəsi (13,000 km² və ya 91 %) Lena deltasının payına düşür və ümumi ərazisinin yalnız 9 % (1300 km²) Xaraulax dağlarının şimal qövslərini tutur.
Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Ust-Lena Dövlət Təbiət Qoruğu | |
---|---|
| |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 1 433 000 ha |
Yaradılma tarixi | 18.12.1985 |
Yerləşməsi | |
73°10′52″ şm. e. 125°18′57″ ş. u. | |
Ölkələr | |
ustlensky.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Tabeliyindəki ərazilər və mühafizə zonası: mühafizə zonasının sahəsi 1.050.000 ha-dir.