Ukrayna Silahlı Qüvvələri
From Wikipedia, the free encyclopedia
Ukrayna Silahlı Qüvvələri (ukr. Збройні сили України) — Ukrayna dövlətinin silahlı qüvvələri. Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla bütün hərbi və təhlükəsizlik qurumları Ukrayna prezidentinə tabedir. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Desant Qoşunlarından ibarətdir.
| ||
: | ||
Silahlı qüvvələr | Ukrayna Quru Qoşunları Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Dəniz Qüvvələri Ukrayna hava hücumu qoşunları Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Ukrayna Ərazi Müdafiə Qüvvələri | |
Müdafiə naziri | Rüstəm Ümerov | |
Baş Qərargah rəisi | Aleksandr Sırski | |
Əsgərlərin sayı | 280 000[1][2] | |
Əsgərlik yaşı | 18-dən [3] 27-ə kimi | |
Hərbi xidmət | 12/18 ay | |
Beynəlxalq əməkdaşlıq | ABŞ Kanada Birləşmiş Krallıq Fransa | |
Hərbi büdcə | 5.5 milyard $ 2015 | |
2014-cü ildə Rusiya ilə Ukrayna arasında baş verən hadisələrdən sonra Ukrayna özünün Silahlı Qüvvələrinin sayını 204,000 nəfərə çatdırdı ki, bu da 229,000 nəfər hərbçisi olan Fransadan sonra Avropada ən çox hərbi qulluqçusu olan ölkə deməkdir.[4]
3 iyun 2016-cı il tarixindən etibarən qadınlar da Ukrayna Silahlı Qüvvələrində döyüş əməliyyatlarına cəlb edilir.[5]