Ubin adası
From Wikipedia, the free encyclopedia
Ubin adası (malay Pulau Ubin) — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. Ölkənin şimal-şərqində yerləşir. Gözəl təbiətinə görə insanlar tərəfindən qədim zamanlardan ziyarət edilir. Hazırda isə turistik bölgə sayılır. Adada 2012-ci il məlumatına görə 38 nəfər yaşayır[1]. Ən hündür yeri Bukit Puaka təpəsidir (75 m). İnzibati baxımından Şimal-Şərq regionuna daxildir.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Ubin adası | |
---|---|
Pulau Ubin | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 10.19 km² |
Uzunluğu |
|
Eni | 1,7 km |
Hündür nöqtəsi | 75 m |
Əhalisi | 38 nəfər (2012-ci il) |
Yerləşməsi | |
1°24′34″ şm. e. 103°51′19″ ş. u. | |
Ölkə |
![]() |
Arxipelaq | |
Akvatoriya | |
![]() |
Bağla
Adanın adı malay dilindən tərcümədə "Qranit adası" mənasını verir.