USB 1.0
From Wikipedia, the free encyclopedia
USB (Universal Serial Bus-Universal Ardıcıl Şin) — periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB şini kontrollerinə konsentratorlar zənciri vasitəsilə 127-yədək ("ulduz" topologiyasından istifadə etməklə) qurğu qoşula bilər. USB kabeli 4 məftildən ibarətdir. Bunlardan bir cütü informasiyanı hər iki tərəfə ötürməyə, digər cütü isə gərginliyi 5 V olan elektrik cərəyanı xətti kimi istifadə olunur. Bu xətt sayəsində USB portuna qoşulan periferiya qurğusu kənar cərəyan mənbəyinə ehtiyac duymadan qidalana bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu zaman cərəyan şiddətinin qiyməti 0,5A-i aşmamalıdır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/3/3c/USB_portu.jpg)
USB zahiri periferik standart hazırlanmış daşıyıcıdır və PC üçün zahiri bərkidilmiş periferinə PnP qabiliyyətini gətirir. USB xüsusi məqsədli proporsiyalara ehtiyacı aradan qaldırır, xüsusi məqsədlər üçün istifadə olunan I/O və PC kartların istifadəsini azaldır və vacib sistem mənbələrini saxlayır. Nömrəsindən asılı olmayaraq qurğular sistemə USB portu ilə qoşulur. Bunun üçün yalnız bir IRQ lazımdır.USB periferik imkanlarla avtomatik olaraq onları tanımalıdır. Qurğulan qoşulan kimi konfiqurasiya olunur və onları yenidən başlatmağa və ya setup proqramına gərək yoxdur.