UEFA Avropa Konfrans Liqası 2021/2022
From Wikipedia, the free encyclopedia
UEFA Avropa Konfrans Liqası 2021/2022 – UEFA tərəfindən keçirilən Konfrans Liqasının ilk mövsümüdür. Konfrans Liqası Avropanın klub səviyyəsində ən böyük üçüncü futbol tədbiridir.
UEFA Avropa Konfrans Liqası 2021/2022 | |
---|---|
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 6 iyul – 26 avqust 2021 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 16 sentyabr 2021 – 25 may 2022 |
Başlama tarixi | 8 iyul 2021 |
Bitmə tarixi | 25 may 2022 |
Komanda sayı |
Qrup mərhələsi və 1/8 final: 32+8 Ümumi:136+ 45 *Maili stildə yazılmış rəqəmlər ÇL və AL-dən gələn komanda sayını işarə edir |
Yekun nəticəsi | |
Çempion | Roma (1-ci dəfə) |
İkinci | Feyenoord |
Yarış statistikası | |
Oyun sayı | 140 |
Qol sayı | 401 (matç başına: 2.86) |
Tamaşaçı sayı | 1978850 matç başına: 14135 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Siril Dessers (10 qol) |
Ən yaxşı oyunçu | Lorenzo Pelleqrini[1] |
2022–23 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final matçı Albaniyanın Tirana şəhərində yerləşən Arena Kombetaredə keçirildi. Final matçında "Roma" "Feyenoord"u 1–0 hesabı ilə məğlub edərək ilk Konfrans Liqası turnirinin qalibi oldu.
1998–99 mövsümündən sonra ilk dəfədir ki, məhz bu mövsümdə UEFA klublar üçün 3 müsabiqə təşkil edir. Belə ki, bu mövsümdən UEFA Konfrans Liqası da keçiriləcək.
24 iyun 2021-ci ildə UEFA klub müsabiqələrinə şamil olunan qaydalarda çox ciddi bəzi dəyişikliklərə getdi. Belə ki, artıq səfərdə vurulan qolun xüsusi bir üstünlüyü olmayacaq.[2] Əgər cütün hər iki komandası iki oyunun sonunda eyni sayda qol vurarsa, səfərdə vurulan qola əhəmiyyət verilməyəcək, və oyun əlavə vaxta gedəcək. Qeyd etmək lazımdır ki, səfər qolu qaydası 1965-ci ildən istifadə olunurdu.