![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/StadeFranceNationsLeague2018.jpg/640px-StadeFranceNationsLeague2018.jpg&w=640&q=50)
UEFA Çempionlar Liqası 2021/2022
From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası 2021/2022 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 67-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 30-cu mövsümüdür.
UEFA Çempionlar Liqası 2021/2022 | |
---|---|
![]() Parisdə yerləşən Stad de Frans finala ev sahibliyi etdi. | |
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 22 iyun – 25 avqust 2021 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 14 sentyabr 2021 – 28 may 2022 |
Başlama tarixi | 22 iyun 2021 |
Bitmə tarixi | 28 may 2022 |
Komanda sayı |
32 (qruplarda) 80 (ümumi) |
Yekun nəticəsi | |
Çempion |
![]() |
İkinci |
![]() |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 380 (matç başına: 3.04) |
Tamaşaçı sayı | 4402255 matç başına: 35218 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
![]() |
← 2020–21 2022–23 → | |
![]() |
Final matçı Sankt-Peterburq şəhərində yerləşən "Yeni Zenit Stadionu"nda (digər adı ilə desək "Krestovski") keçirilməsi planlaşdırılsa da,[1] Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən məkan Fransaya – Paris şəhərindəki "Stad de Frans"a dəyişdirildi.[2]
1998–99 mövsümündən sonra ilk dəfədir ki, məhz bu mövsümdə UEFA klublar üçün 3 müsabiqə təşkil edir. Belə ki, bu mövsümdən UEFA Konfrans Liqası da keçiriləcək. Çempionlar Liqasının formatında hər-hansı bir dəyişiklik baş verməyib. Keçən mövsümlə aradakı tək fərq, bu turnirin ilkin mərhələ və birinci təsnifat mərhələsində mübarizəni dayandıran klublar öz yollarına Avropa Liqasında yox, Konfrans Liqasında davam edəcəklər.[3]
24 iyun 2021-ci ildə UEFA klub müsabiqələrinə şamil olunan qaydalarda çox ciddi bəzi dəyişikliklərə getdi. Belə ki, artıq səfərdə vurulan qolun xüsusi bir üstünlüyü olmayacaq.[4] Əgər cütün hər iki komandası iki oyunun sonunda eyni sayda qol vurarsa, səfərdə vurulan qola əhəmiyyət verilməyəcək, və oyun əlavə vaxta gedəcək. Qeyd etmək lazımdır ki, səfər qolu qaydası 1965-ci ildən istifadə olunurdu.