UEFA Çempionlar Liqası 2018/2019
UEFA Çempionlar Liqasının 27-ci mövsümü / From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası 2018/2019 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 64-cü mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 27-ci mövsümüdür.
UEFA Çempionlar Liqası 2018/2019 | |
---|---|
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 26 iyun – 29 avqust 2018 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 18 sentyabr 2018 – 1 iyun 2019 |
Başlama tarixi | 26 iyun 2018 |
Bitmə tarixi | 1 iyun 2019 |
Komanda sayı |
32 (qruplarda) 79 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Liverpul (6-cı dəfə) |
İkinci | Tottenhem Hotspur |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 366 (matç başına: 2.93) |
Tamaşaçı sayı | 6163044 matç başına: 49304 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Lionel Messi (12 qol) |
Ən yaxşı oyunçu |
|
← 2017–18 2019–20 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final matçı, 1 iyun 2019-cu il tarixində İspaniyanın paytaxtı Madrid şəhərindəki "Vanda Metropolitano" stadionunda iki ingilis klubu – Tottenhem Hotspur və Liverpul arasında oynanıldı.[5] Bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final oldu. Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn "Liverpul" 2018-19 UEFA Avropa Liqası qalibi "Çelsi" ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququnu qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək.
Turnir tarixində ilk dəfə məhz bu il video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.[6]
Real Madrid bundan əvvəlki 3 mövsümdə ardıcıl olaraq çempion olmuşdu. Lakin bu ilki turnirdə 1/8 finalda gözlənilmədən Ayaksa məğlub olaraq turnirlə vidalaşdı.