UEFA Çempionlar Liqası 1992/1993
From Wikipedia, the free encyclopedia
Çempionlar Liqasının 1992/1993 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 38-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 1-ci sezonu idi.
UEFA Çempionlar Liqası 1992/1993 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 19 avqust 1992 — 26 may 1993 |
Başlama tarixi | 19 avqust 1992 |
Bitmə tarixi | 26 may 1993[1] |
Komanda sayı |
32 (əsas mərhələ) 36 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Olimpik Marsel (ilk dəfə) |
İkinci | Milan |
Yarış statistikası | |
Oyun sayı | 73 |
Qol sayı | 193 (matç başına: 2.64) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Romario (7 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Bu mövsümdə ikinci dəfə idi ki, ikinci raundun 8 qalibini iki qrupa böldülər və hər iki qrupun qalibi finala vəsiqə qazandılar. Bundan başqa, ilkin mərhələnin keçirilməsinə ehtiyac qaldı, çünki bu sezon SSRİ və Yuqoslaviyanın dağılmasından sonra ilk idi və bunun nəticəsində çoxlu sayda yeni ölkələrin çempionları yarışda iştirak etmək hüququnu qazanmışdılar. İsrail və Farer adaları da ilk dəfə təmsil olunurdular.
Turnirin qalibi ilk dəfə olaraq Olimpik Marsel klubu oldu, onlar finalda Milanı üstələdilər. Lakin qələbədən sonra klub və onun prezidenti Bernar Tapiyə oyunun alınması barədə iddialar sürüldü. Bu Fransa Liqasında keçirilən oyun ilə bağlı idi, hesab olunur ki, Tapi çempionluğu həll edən sonuncu oyunda Valansyenə rüşvət vermişdir ki, onlar Fransa Liqasını tez qazanıb, Çempionlar Liqasının finalına hazırlaşmaq üçün daha çox vaxt əldə etsinlər. Bu da ona gətirib çıxartdı ki, Fransa Futbol Federasiyası Marseli Liqa çempionluğundan məhrum etdi tərəfindən (Çempionlar Liqasının finalı bu turinirə aid olmadığı üçün, Avropa çempionu adı yerində qaldı). Onların növbəti mövsümdə Çempionlar Liqası, Qitələrarası Kuboku və Avropa Superkubokunda iştirakları ləğv edildi. Marsel, həmçinin, 1994-cü ildə 2-ci Diviziona düşdü.
Ötən mövsümün çempionu Barselona ikinci turda MOİK Moskvaya məğlub oldu.