Uşaqların Səlib Yürüşü
From Wikipedia, the free encyclopedia
Uşaqların Səlib Yürüşü — 1212-ci ildə əsasən dini təbəqələr tərəfindən müsəlmanlara qarşı qızışdırılan, qarşı çıxarılan hərbi səfərdir. Burada məqsəd müsəlmanların əlində olan Qüds və ətrafındakı müqəddəs torpaqları yenidən azad edib xristianlara qaytarmaqdır. Bu səfər Dördüncü Səlib Yürüşü ilə Beşinci Səlib Yürüşü arasındakı vaxtda Almaniya və Fransada əsasən uşaqlardan ibarət ordu qruplarının Avropanın Aralıq dənizi sahillərinə qədər piyada irəliləməsidir.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8a/Gustave_dor%C3%A9_crusades_the_childrens_crusade.jpg/640px-Gustave_dor%C3%A9_crusades_the_childrens_crusade.jpg)