Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır.

Uşaq rəsmi.

Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır.[1]

Uşaqlıq mərhələləri

Əsas qruplar

Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: "1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır… 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır. Belə oyunlarda böyüklər iştirak etmir"[2]

Bir aylıq körpənin hərəkətləri:

  • Ağzını açıb, anadan süd əmmək istəyər
  • Əllərini yumruq şəklində düzəldərək ağzına aparar
  • Oyaq olduğunda sizin üzünüzə baxaraq səsinizi dinləyər
  • Arxası üstündə olarkən yana dönməyə çalışar
  • Barmağınızı əmməyə çalışar
  • Ac və narahat olanda ağlayaraq öz problemini söyləməyə çalışar
  • Günün çox saatını yatar, 2–3 saatdan bir oyanaraq qidalanar
  • Oturaq şəkildə başını ara-sıra dik tuta bilər
  • Üzü üstə qoyulanda başını titrədərək qaldıra bilər[mənbə göstərin]
  • Barmağınızı ovcunun içində bərk-bərk tutar

Dəyişikliklər

  • Göz əzələləri inkişaf etdikcə göz hərəkətlərini daha yaxşı səmtləşdirməyə başlar
  • Artıq şəxsiyyət yaranmağa başlayır, beləki bəzi körpələrin kür və səsli və bəzilərinin isə səssiz-səmirsiz olması buna işarədir
  • Birinci ayın sonuna doğru sizin danışıqlarınıza, səslərinizə və ona toxunmalarınıza görə gülümsəməyə çalışar
  • Qidalanma vaxtı getdikcə öz qaydasına düşər

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.