Uçimura Kanzo Memorial Daş Kilsəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Uçimura Kanzo Memorial Daş Kilsəsi (石の教会・内村鑑三記念堂?) və ya qısaca Daş Kilsə – Yaponiyanın Naqano prefekturasının Karuizava qəsəbəsində orqanik memarlıq üslubunda olan tikili.[1] Yapon xristian evangelist lideri Uçimura Kanzoya həsr olunmuşdur.[2]
Uçimura Kanzo Memorial Daş Kilsəsi | |
---|---|
石の教会・内村鑑三記念堂 | |
Ümumi məlumatlar | |
Memarlıq üslubu | orqanik memarlıq[d] |
Ölkə | |
Koordinatlar | 36°21′22″ şm. e. 138°35′13″ ş. u.HGYO |
Dizayn və konstruksiya | |
Memar | Kendrik Benqs Kelloqq[d] |
Veb-sayt | |
stonechurch.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Daş Kilsə Yaponiyada qeyri-kilsə hərəkatının qurucusu olmuş xristian evangelist Uçimura Kanzonun xatirəsinə 1988-ci ildə tikilmişdir. O, dinin tikililərə əhəmiyyət verməməli olduğunu və dua etdiyin istənilən yerin kilsə olduğunu müdafiə edirdi. Kanzonun ideaologiyasından təsirlənən ABŞ memarı Kendrik Benqs Kelloqq onun fəlsəfəsini əks etdirmək üçün Yaponiyada bu cür tikili tikdirmək qərarına gəlmişdir.[2]
Daş Kilsə adlandırılmasına baxmayaraq tikili əsl kilsə deyil. Sekulyar kapelladan və Uçimura Kanzoya həsr olunmuş memorial zaldan ibarətdir. Orqanik memarlıq üslubunda olan kilsə daş tağlardan və şüşə panellərdən ibarətdir: şüşə qadını, daş kişini simvolizə edir.[2] Daş və şüşə tağlar kilsəsnin tavanında şərqdən qərbə doğru qövs əmələ gətirir ki, bu, tikilinin içərisinə günəş işığının düşməsinə şərait yaradır.[1] Burada tez-tez toy mərasimləri keçirilir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.