Uçan qazlar modeli
Coşqun Məmmədli ( Qaranlıq tv ) Tərəfindən paylaşıldı / From Wikipedia, the free encyclopedia
Uçan qazlar modeli və ya uçan qazlar paradiqması (雁行形態論, Qanko keytay-ron?)[1] — Kaname Akamatsu tərəfindən yaradılmış iqtisadi nəzəriyyə. Bu nəzəriyyəyə əsasən Yaponiya elm və texnologiya sahəsində regionun aparıcı ölkəsi kimi təsvir olunur.[2]
Modelə görə əmtəə mal istehsalının nisbətən daha az inkişaf etmiş ölkələrə keçdiyi regional iyerarxiyada Asiya ölkələri Qərb ölkələrini üstələyəcək. Beləliklə, regiondakı zəif inkişaf etmiş ölkələr inkişaf etmiş ölkələrin arxasında vəhşi qazların uçuş nizamında olduğu kimi sıralanmış formada təsvir olunur.[4] Ən qabaqda uçan qaz Yaponiyadır. İkinci sırada uçan qazlar sənayeləşdirilmiş iqtisadiyyata malik ölkələrdir (Cənubi Koreya, Sinqapur, Çin Respublikası və Honkonq). Üçüncü sırada ASEAN-ın ən inkişaf edən ölkələri (Tailand, Malayziya və İndoneziya), dördüncü sırada isə regionun ən az inkişaf etmiş ölkələri (Çin, Vyetnam, Filippin) dayanır.[5]