Türkiyə regionları
From Wikipedia, the free encyclopedia
Türkiyə regionları — 6 iyun-21 iyun 1941-ci ildə Ankarada toplanan Birinci Coğrafiya Qurultayı tərəfindən təyin olunmuşdur. Qurultay ilk, orta və lisey məktəb tədris planı proqramları ilə dərs kitabları, coğrafiya terminləri və coğrafi adların yazılması, Türkiyə coğrafiyasının ana xəttləri və yerlərin adlandırılması üzərində çalışmaq məqsədiylə toplanmışdı. Bu çalışmanın nəticəsində Türkiyənin üç tərəfinin dənizlərlə çevrilmiş olması, dağların Anadolunun daxili seqmentlərini sahillərdən ayırması, iqlim, nəqliyyat və bitki örtüsü kimi ölçülər diqqətə alınaraq Türkiyənin coğrafi regionları təyin olunmuşdur.
Türkiyə Birinci Coğrafiya Qurultayında Türkiyə coğrafi 7 regiona ve 21 bölməyə ayrılmışdır.
Bu region və bölmələrin Türkiyənin idarə məsləhəti üçün zərrə bir hökmü yox lakin coğrafi elmi məna üçün əhəmmiyətli hökm edər.