From Wikipedia, the free encyclopedia
Türkiyə milli futbol komandası — Türkiyəni Beynəlxalq turnirlərdə və oyunlarda təmsil edən futbol komandası. İlk oyununa 26 oktyabr 1923-cü ildə Rumıniyaya qarşı çıxmışdır. FİFA Dünya Çempionatına 1950, 1954, 2002 olmaq ilə 3 dəfə vəsiqə qazanmışdır. Amma FİFA Dünya Çempionatı 1950-də maliyyə problemlərinə görə çıxış etməmişdir.
Ləqəbi | Ay-Yıldızlılar (Ay-Ulduzlular) | ||
---|---|---|---|
Assosiasiya | Türkiyə Futbol Federasiyası | ||
Konfederasiya | UEFA | ||
Baş məşqçi | Vincenzo Montella | ||
Köməkçi məşqçi | Selçuk Şahin Daniele Russo | ||
Kapitan | Hakan Çalhanoğlu | ||
Ən çox oyun keçirən | Rüştü Reçber (120) | ||
Ən çox qol vuran | Hakan Şükür (51) | ||
Stadion | Konya Böyükşəhər Bələdiyyə Stadionu Rams Park Şükrü Saracoğlu Stadionu Kayseri Kadir Has Stadionu Atatürk Olimpiya Stadionu | ||
FİFA kodu | TUR | ||
Ən yüksək FİFA reytinqi | 5 (iyun 2004) | ||
Ən aşağı FİFA reytinqi | 67 (oktyabr 1993) | ||
Elo reytinqi | 28 (sentyabr 2015) | ||
Ən yüksək Elo reytinqi | 9 (noyabr 2002) | ||
Ən aşağı Elo reytinqi | 82 (noyabr 1985) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
Türkiyə 2-2 Rumıniya (İstanbul, Türkiyə: 26 oktyabr 1923) | |||
Ən böyükhesablı qələbəsi | |||
Türkiyə 7-0 Suriya Suriya (Ankara, Türkiyə: 20 noyabr 1949) Cənubi Koreya 0-7 Türkiyə (Cenevrə, İsveçrə: 20 iyun 1954) Türkiyə 7-0 San-Marino (İstanbul, Türkiyə: 10 noyabr 1996) | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
Polşa 8-0 Türkiyə (Xojuv, Polşa: 24 aprel 1968) Türkiyə 0-8 İngiltərə (İstanbul, Türkiyə: 14 noyabr 1984) İngiltərə 8-0 Türkiyə (London, İngiltərə: 14 oktyabr 1987) | |||
İştirak | (İlk dəfə: 1954) | ||
Ən yaxşı nəticə | 3-cü yer |
Türkiyə Milli Komandası Beynəlxalq turnirlərə Avropa seçmələrindən qatılır. FİFA Dünya Çempionatı 2002-də Şenol Günəşin rəhbərliyi ilə üçüncü yeri tutdu, Fatih Terim rəhbərliyində Avropa Çempionatı 2008-də üçüncü yeri tutdu və Şənol Günəş rəhbərliyində gənc heyət ilə FİFA Konfederasiyalar Kuboku 2003-də üçüncü yeri tutdu. Tarixində iki dəfə FİFA Dünya Çempionatında iştirak etmişdir. Milli formanı ən çox 120 dəfə Rüştü Reçber geyinmişdir. Ən çox qol vuran isə 51 qol ilə Hakan Şükürdür.
Türkiyə Milli Komandası qitə miqyasında UEFA Avropa Çempionatında iştirak edir. Türkiyə Millisi ilk dəfə 1996-cı ildə UEFA Avropa Çempionatında iştirak etmişdir. Türkiyə Millisi 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən UEFA Avropa Çempionatında üçüncü yeri tutmuşdur. 2015-ci ildə 13 oktyabr tarixində Türkiyə Millisi tarixində dördüncü dəfə UEFA Avropa Çempionatına vəsiqə qazandı. Həmin Avropa Çempionatı 2016-cı ildə Fransada keçiriləcəkdir.
Türkiyə Millisi ilk oyununa 26 oktyabr 1923-cü ildə İstanbulda Rumıniyaya qarşı çıxdı[1]. Taksim Stadionunda keçirilən oyunda Türkiyə Millisini meydana baş məşqçi kimi Əli Sami Yen çıxartdı. Türkiyə Millisi 25-ci dəqiqədə qol buraxsa da, daha sonra Türkiyə Millisinin heyətində Zeki Rıza Sporel 32 və 50-ci dəqiqə iki qol vuraraq hesabı 2-1 etdi. Amma 67-ci dəqiqədə Türkiyə daha bir qol buxardı və hesab heç-heçə bitdi. 2-2.
Əli Sami Yen baş məşqçi kimi ilk oyununda Rumıniya ilə heç-heçə oynamışdır. Taksim Stadionunda keçirilən oyun 2-2 hesabı ilə bitmişdir. Bu oyundan sonra Əli Sami Yen Türkiyə Millisində baş məşqçi postundan kənarlaşdırıldı. Bu posta isə Şotlandiyalı Billi Hunter gətirildi.
Billi Hunter baş məşqçi kimi Türkiyə Millisində ilk oyununa 25 may 1924-cü ildə Çexoslovakiyaya qarşı çıxdı[2]. Bu oyun Parisdə Yay Olimpiya Oyunlarında keçirildi. Birinci mərhələdə Türkiyə Çexoslovakiyaya 2-5 məğlub oldu və mübarizəni dayandırdı. Türkiyənin hər iki qolunu Bəkir Refet vurdu. Yay Olimpiya Oyunlarından sonra Türkiyə Millisi 17 iyunda Finlandiya ilə qarşılaşdı[3]. Həmin oyundan Türkiyə tarixində ilk qələbəsini qazandı. Zeki Rıza Sporel 4 qol vuraraq həm rekorda imza atdı, həm də Türkiyənin qələbəsində əsas pay sahibi oldu. Hesab 4-2 Türkiyənin xeyrinə başa çatdı. Zeki Rıza Sporel poker edərək Millinin tarixində ilk poker edən futbolçu oldu. Türkiyə Millisi bu oyundan sonra daha iki oyun oynadı və qələbə qazandı. 19 mayda Estoniyanı Sabih Arca və Bedri Gürsoyun hərəyə bir və Zeki Rıza Sporelin iki qolu ilə 4-1 məğlub etdi[4]. Bu oyundan 3 gün sonra 22 mayda Latviyanı 3-1 məğlub etdi[5]. Riqadaki oyunda Türkiyənin hər üç qolunu Zeki Rıza Sporel 3 vurdu. 29 mayda Türkiyə Millisi o dövr üçün güclü milli hesab olunan Polşa ilə qarşılaşdı[6]. Həmin oyunda Billi Hunterin yetirmələri güclü rəqibinə 0-2 uduzdu. O dövrdə FİFA Dünya Çempionatı və UEFA Avropa Çempionatı keçirilmədəyi üçün Türkiyə Millisi öz qüvvəsini yoldaşlıq oyunlarında sınayırdı. 16 noyabrda Türkiyə SSRİ Millisi ilə qarşılaşdı.[7] Həmin oyundan Türkiyə Millisi ardıcıl ikinci məğlubiyyətini aldı. Türkiyə Millisi SSRİ Millisinə 0-3 uduzdu. Bu oyun 1924-cü ildə Millinin sonuncu oyunu oldu
1925-ci ildə Milli ilk oyununa doğma meydanda çıxdı. Doğma meydanda yalnızca 1923-cü ildə elə ilk oyunda çıxan Milli uzun fasilədən sonra doğma azərkeşlər qarşısında oynayacaqdı. 10 aprel 1925-ci ildə rəqib Bolqarıstan idi. Taksim Stadionundaki oyunda Türkiyə 2-1 qalib gəldi. Türkiyənin qollarını Mehmet Ləbləbi və Sabih Arca vurdu. Türkiyə Millisi Billi Hunter ilə doğma meydanda ilk qələbəsini qazandı. Türkiyə bu oyundan sonra Buxarestə səfər etdi. Heyətində o dövr üçün güclü futbolçulara sahib olan Türkiyə Buxarestdə yerli milli ilə qarşılaşdı. Rumıniya ilə 1923-cü ildə Əli Sami Yen rəhbərliyində qarşılaşmışdı Türkiyə. 1925-ci ildə isə Billi Hunter ilə Rumınlar qarşısına çıxdı və qələbə qazandı. Zeki Rıza Sporel və Mehmet Ləbləbinin qolları ilə Türkiyə rəqibini 2-1 məğlub etdi. Belə yaxşı nəticələr Billi Hunterə Türkiyədə böyük sevgi qazandırmışdır. Türkiyə Millisi Buxarest səfərindən sonra üç ev oyununda qüvvəsini sınadı. 12 mayda SSRİ Millisinə 1-2 hesabı ilə məğlub oldu Türkiyə. Bu oyun məğlubiyyət ilə yanaşı bir hadisə ilə əlamətdar oldu. Belə ki Türkiyə İstanbulda yox Ankarada bu oyunu oynadı. Bu oyunda Türkiyə 3-cü dəqiqədə Bedri Gürsoy ilə hesabı açdı. Amma oyunun sonuna 5 dəqiqə qalmış SSRİ futbolçuları hesabı 1-1 elədi. Heç-heçə ilədə kifayətlənməyən SSRİ Millisi 88-ci dəqiqədə qələbə topunu vurdu. Bu oyun məğlubiyyətə baxmayaraq Türkiyənin yaxşı oyunlarından biri idi. Növbəti oyunda 2 oktyabrda İstanbulda Taksim Stadionunda Türkiyə Polşa ilə qarşılaşdı. Həmin oyunda SSRİ ilə oyunun ssenarisi kimi oldu. 5-ci dəqiqədə Zeki Rıza Sporel hesabı açsa da daha sonra Polşalılar 29 və 67-ci dəqiqədə iki qol vuraraq hesabı öz xeyrlərinə dəyişdi. Türkiyə Millisi ardıcıl ikinci məğlubiyyətini aldı. Bu oyun həm də 1925-ci ildə Türkiyənin sonucu oyunu olmuşdur.
1926-cı ildə Türkiyə ilk oyununa yenə doğma meydanda çıxdı. Rəqib bunda əvvəl məğlub etdiyi Rumıniya Millisi idi. Türkiyə Rumıniyaya bu dəfə məğlub oldu. 7 mayda İstanbulun Taksim Stadionunda keçirilən oyunda Türkiyə Rumıniyaya darmadağın oldu. 0-3. Bu oyun Billi Hunterin doğma meydanda sonuncu oyunu idi. 12 sentyabr 1926-cı ildə isə Türkiyə Polşada yerli Milliyə darmadağın oldu. 1-6. Bu oyundan sonra Billi Hunter Milli ilə yollarını ayırdı. Milliyə isə Macar Bella Tot gətirildi.
Macar Bella Tot Türkiyə Millisi ilə ilk oyununa 17 iyul 1927-ci ildə səfərdə Sofiyada yerli Bolqarıstana qarşı çıxdı. Bu oyunda 6 qol vurulsada qalib müəyyənləşmıdi. 3-3. Bella Tot Türkiyə Millisində ilk qələbəsini 14 oktyabrda İstanbulda Taksim Stadionunda qazandı. Türklər Bolqarları Zeki Rıza Sporelin iki və Nihat Bekdikin bir qolu ilə 3-1 məğlub etdi. Bu oyun 1927-ci ildə sonuncu oyun idi.
1928-ci ildə Türkiyə Millisi ilk oyununa o dövrün adlı-sanlı Millisi hesab olunan Yuqoslaviyaya qarşı çıxdı. 8 apreldə səfərdə Türkiyə rəqibinə güclü müqavimət göstərsədə məğlub oldu. 1-2. Türkiyənin yeganə qolunu Latif Yalınlı atdı. Növbəti oyunda səfərdə idi. Buxarestdə. Artıq Türkiyə Millisinin Rumıniya ilə oyunu böyük maraq doğururdu. Amma Türkiyə bu dəfə bacarmadı. Türkiyə Rumınlara 2-4 uduzdu. Növbəti oyun isə 1928 Yay Olimpiya Oyunlarında keçirildi. Türkiyənin rəqibi Misir Millisi idi. Amsterdamdaki oyunda Türkiyə rəqibinə darmadağın oldu. 1-7. Bu nəticə ilə Türkiyə Millisi ikinci Yay Olimpiya Oyunlarında yenədə birinci mərhələdən mübarizəni dayandırdı.
Türkiyə Millisi 1928 Yay Olimpiya Oyunlarından sonra ilk oyununu düz 3 il sonra oynadı. 1931-ci ildə Bolqarıstana qarşı. Sofiyada Vasil Levski Stadionunda Türkiyə rəqibinə 1-5 uduzdu. 2 oktyabrda isə eyni stadionda Yuqoslaviya ilə qarşılaşdı. Sonuncu dəfə 1928-ci ildə Yuqoslavlara qarşı oynayan Türklər bu dəfə qalib gəldi güclü rəqibinə. 2-0. Türklərin qollarını Rebii Erkal və Fikrət Arıcan vurdu. Bu oyundan sonra Bella Tot həmvətənləri ilə qarşı-qarşıya gəldi. 17 apreldə İstanbulda Taksim Stadionunda Türkiyə Macarıstan ilə qarşılaşdı. Oyuna maraq çox böyük idi. Oyunda ilk qol 35-ci dəqiqədə Səlahəttin Almaydan gəldi. 1-0. Bu qoldan sonrada Türkiyə üstün tərəf olsa da, sona 10 dəqiqə qalmış hər şey dəyişdi. 80 və 84-cü dəqiqələrdə Macarlar qol vurdu və Türklər doğma meydanda sona 10 dəqiqə qalmış qələbəni eldən verdi. Bu oyundan sonra Bella Tot istefaya göndərildi. Yeni baş məşqçi isə İngilis Fred Pagman idi.
Fred Pagman Millidə baş məşqçi kimi ilk oyununa 22 apreldə Macarıstana qarşı çıxdı. Taksim Stadionundaki oyunda Türkiyə rəqibinə 1-4 uduzdu. Pagmanın sonuncu oyunu 4 noyabrda oldu. Türkiyə bu oyunda Bolqarıstana 2-3 uduzdu. Ardıcıl iki məğlubiyyətdən sonra Fred Pagman istefaya göndərildi. Fred Pagman Əli Sami Yendən sonra Türkiyə Millisində baş məşqçi kimi ən az 2 dəfə meydanı çıxan baş məşqçi oldu.
Fred Pagmandan sonra Milli İrlandiyalı Ceyms Donnelliyə həvalə olundu. Ceyms ilk oyununda Yuqoslaviya Millisi ilə Taksim Stadionunda 3-3 oynadı. Millinin qollarını Şeref Görkek, Niyazi Sel, Fikrət Arıcan vurdu. 3 avqust 1936-cı ildə Milli ilk dəfə Norveç Millisi ilə qarşılaşdı. Həmin oyunda Türkiyə biabırçı nəticə göstərdi. Zəif rəqibinə 0-4 uduzdu. Buna baxmayaraq Ceyms Donnelli istefa vermədi. O 1 avqust 1937-ci ildə komandanı Yuqoslaviyaya qarşı oyuna çıxartdı. Həmin oyunda Türkiyə rəqibinə 1-3 uduzdu. Bu oyundan sonra Ceyms Donnelli istefa verdi. Ceyms Donnellini bu postda Macar İgnas Molnar əvəzlədi.
İgnas məşqçi kimi Türkiyə ilə ilk oyuna 23 aprel 1948-ci ildə çıxdı. Rəqib isə Yunanıstan idi. Yunanlara qarşı oyun çox prinsipial idi. Oyun Panatinaikos Stadionunda keçirildi. Türkiyə rəqibinə 3-1 hesabı ilə qalib gəldi. Türkiyənin qollarını Fikret Kırcan və Şükrü Gülesin ilə yanaşı Yunan əsilli Lefter Küçükandonyadis vurdu. İgnas ikinci oyununa İsmət İnönü Stadionunda çıxdı. Rəqib Avstriya idi. Bu oyundan Türkiyə gözlənilmədən rəqibinə 0-1 uduzdu. Həmin oyun İgnas Molnar üçün sonuncu oldu. İgnas Molnar baş məşqçi kimi Türkiyə Millisindən imtina etdi və Millini tərk etdi. Onu isə Əli Sami Yendən sonra ilk dəfə yerli Türk baş məşqçi əvəzlədi. Ulvi Yenal.
Ulvi Yenal ilk oyununda Çin ilə qarşı-qarşıya gəldi. Həmin oyunda Türkiyə zəif rəqibinə divan tutdu. 4-0. Türkiyənin qollarının ikisini Gündüz Kılıç diğərlərini isə Hüseyn Saygun və Lefter Küçükandonyadis vurdu. Ulvi Yenal Türkiyəli baş məşqçi kimi Türkiyəyə ilk qələbəni qazandırdı. Amma onun bu postda işi elədə uzun olmadı. O 5 avqust 1948-ci ildə Yuqoslaviyaya 1-3 hesablı məğlubiyyətdən sonra istefa verdi. Onu isə İngilis Pat Molloy əvəzlədi.
Ulvi Yenaldan sonra Milliyə gələn Pat Molloy ilk oyununa İstanbulun İsmət İnönü Stadionunda çıxdı. Rəqib Yunanıstan idi. Muzaffer Tokaç və Şükrü Gülesin qolu ilə Yunanlara 2-1 qalib gələn Türkiyə Pat Molloy rəhbərliyində ilk qələbəni qazandı. 20 mart 1949-cu ildə Milli Avstriyaya 1-0 uduzdu. 13 may 1949-cu ildə Milli Misiri çətin keçən oyundan sonra 3-2 məğlub etdi. Millinin qollarını Gündüz Kılıç, Bülent Esel və Şükrü Gülesin vurdu. Növbəti oyunda isə Türkiyə Yunanlara qalib gəldi. 2-1. Türkiyənin qollarını Gündüz Kılıç və Bülent Esel vurdu. Bu oyundan sonra Türkiyə Millisi iki dəfə FİFA Dünya Çempionatının qalibi olan İtaliya ilə qarşılaşdı. Amma Türkiyə bu oyunda 2-3 məğlub oldu. Bu oyundan sonra Türkiyə Millisinin baş məşqçisi Pat Molloy istefa verdi. Onu bu postda Cihat Arman əvəzlədi.
Pat Molloydan sonra Cihat Arman müvəqqəti olaraq Milliyə gətirildi. Cihat Arman bu vacib vəzifəni öz üzərinə götürürdü. Çünki artıq Türkiyə Millisinin öz nəticələrini yaxşılaşdırması artıq daha böyük məqsədlər qoyurdu gələcək üçün. Türkiyə Millisinin artıq məqsədi 1950 FİFA Dünya Çempionaı vəsiqə qazanmağdır. FİFA Dünya Çempionatına vəsiqə qazanmağ üçün Türkiyə Millisi Suriyaya qalib gəlməli idi. Suriya futbolu Türkiyə futbolu ilə müqavisədə zəif idi. Türkiyə 20 noyabr 1949-cu ildə Ankarada 19 may Stadionunda Suriyaya divan tutdu. 7-0. Türkiyənin qollarının üçünü Fahrettin Cansever diğərlərini isə Bülent Eken, Lefter Küçükandonyadis, Erol Keskin, Gündüz Kılıç vurdu. Türkiyə Millisi tarixində ilk dəfə olaraq FİFA Dünya Çempionatına vəsiqə qazandı. Amma bu uğurda Cihat Armanın əməyi böyük deyildi. Çünki Türk futbolunun inkişafı əksər vaxtlarda xarici baş məşqçilərin adı ilə bağlıdır.
Pat Molloy 1950-ci ildə ikinci dəfə Türkiyə Millisinin sükanı arxasına gəldi. Pat Molloy ikinci dövründə ilk oyununa İstanbulda İsmət İnönü Stadionunda İran ilə qarşılaşdı. Türkiyə İranı 6-1 hesabı ilə darmadağın etdi. Növbəti oyunda isə İsrailə gözlənilmədən 1-5 uduzdu. Bu oyundan sonra Pat Molloy ikinci dəfə Millidən göndərildi.
Türkiyə 1950-ci ildə FİFA Dünya Çempionatında iştirakdan imtina etdi. Türkiyə vəsiqə qazandığı ilk FİFA Dünya Çempionatında Braziliyaya gedə bilməyəcəkdi. Buna səbəd ölkədəki iqtisadi vəziyyət ilə yanaşı Braziliyaya səfər etmək üçün küllü miqdar pulun lazım olması idi. Amma Türkiyəli futbolçular Dünya Çempionatı ümidlərini itirmədilər. Onlar FİFA Dünya Çempionatı 1954-də vəsiqə qazanmağı qarşıya məqsəd qoydular.
Pat Molloydan sonra Türkiyə Millisinə diğər İngilis baş məşqçi gətirildi. Cimmi Mk Kormik. Cimmi ilk oyununa 3 dekabr 1950-ci ildə İsmət İnönü Stadionunda İsrailə qarşı çıxdı. Həmin oyunda Halit Deringör, İsfendiyar Açıksöz və Lefter Küçükandonyadisin qolları ilə 3-2 məğlub etdi rəqibini. 10 iyun 1951-ci ildə isə Cimmi baş məşqçi kimi Türkiyə Millisində sonuncu oyununa çıxdı. Rəqib isə İsveç Millisi idi. Həmin oyunda Lefter Küçükandonyadis hesabı 50-ci dəqiqədə açsada daha sonra İsveçlilələr 3 qol vuraraq hesab 3-1 elədilər. Bu oyun Cimmi Mk Kormik üçün Türkiyə Millisində sonuncu oyun oldu. Onu bu postda Türkiyəli Rebii Erkal əvəzlədi.
Cimmi Mk Kormikin istefasından sonra Milliyə Rebii Erkal gətirildi. Rebii Erkal ilk oyununa Almaniya Millisinə qarşı çıxdı. 17 iyun 1951-ci ildə keçirilən oyunda Türkiyə rəqibini məğlub etdi. 2-1. Türkiyənin qollarını Recep Adanır və Muzaffer Tokaç vurdu. 14 noyabrda isə Türkiyə İstanbulda İsmət İnönü Stadionunda İsveç ilə oyuna çıxdı. Türkiyə bu oyunda 1-0 qələbə qazandı. Türkiyənin yeganə qolunu Muzaffer Tokaç atdı. 21 noyabrda Rebii Erkal baş məşqçi kimi sonuncu oyununa çıxdı. İsmət İnönü Stadionunda Türkiyə Almaniyaya 0-2 uduzdu. Bu oyundan sonra Rebii Erkal istefaya göndərildi.
Rebii Erkalın istefasından sonra Milli Sadri Usuoğluna tapşırıldı. Sadri ilk oyununda İsveçrəyə 1-5 məğlub oldu. Bu oyundan sonra çoxları Sadrinin istefaya gedəcəyini gözləsədə bu belə olmadı. 8 may 1952-ci ildə Sadri Usuoğlu baş məşqçi kimi Türkiyə Millisini İspaniya ilə oyuna çıxartdı. İstanbulda İsmət İnönü Stadionunda keçirilən oyunda Türkiyə Millisi o dövr üçün zəif olan İspaniya Millisi ilə 0-0 oynadı. Bu nəticələrdən sonra Türkiyə Millisində daha bir baş məşqçi istefası oldu. Sadri Usuoğlu istefaya göndərildi onu isə İtaliyan Sandro Puppo əvəzlədi.
Sadri Usuoğlundan sonra Milliyə gələn Sandro Puppo Türkiyəni 1954 FİFA Dünya Çempionatına çıxartmağı qarşıya məqsəd qoydu. Sandro ilk oyununda İsveçrəni məğlub etdi. 2-1. Millinin bütün qollarını Gabris İstanbulluoğlu vurdu. Sandro ikinci oyununda İsmət İnönü Stadionunda Yuqoslaviya ilə 2-2 oynadı. 11 dekabr 1953-cü ildə isə eyni stadionda İtaliya ilə qarşılaşdı və 0-1 uduzdu. Bu nəticələrdən sonra Sadronun qarşısına Millini 1954 FİFA Dünya Çempionatına çıxartmağ kimi məqsəd qoyulmuşdur. 1954 FİFA Dünya Çempionatının seçmə mərhələsində Türkiyə ilk oyununda səfərdə Madriddə İspaniyaya 1-4 uduzdu. Türkiyə Millisi isə ikinci oyununda İstanbulda İsmət İnönü Stadionunda İspaniyadan qisas almağı bacardı. Türklər 1-0 rəqibini məğlub etdi. Yeganə qolu oyunun 16-cı dəqiqəsində Burhan Sargun atdı. İki oyundan sonra İspaniya və Türkiyənin hərəyə bir qələbəsi olduğu üçün FİFA Romada Olimpiya Stadionunda əlavə oyun keçirməyi qərara aldı. Bu oyun 17 mart 1954-cü ildə keçirildi. Oyunda ilk qolu İspanlar vurdu. 16-cı dəqiqədə Xose Luis Arteçe hesabı açdı. Bu qoldan sonra Türklər 25-ci dəqiqədə Burhan Sargun ilə hesabı 1-1 elədi. İlk hissə 1-1 hesabı ilə yekunlaşdı. İkinci hissədə isə Türklər Suat Mamat ilə 2-1 irəli keçdilər. Suat Mamat 66-cı dəqiqədə İspanları ikinci dəfə oyunun mərkəzindən başlamağa məcbur etdi. Amma bu qol oyunda son olmadı 78-ci dəqiqədə Adrian Eskudero hesabı bərabərləşdirdi. 2-2. Oyun elə bu hesab ilə yəkunlaşdı. O dövrdə oyun sonrası penaltilər olmadığı üçün püşk atılacakdı. Oyunda meydanın kənarında olan Franko adlı İtaliyalı bir uşaq hakimin və hər iki komandanın kapitanının yanına gəlir. Türkiyə Millisinin kapitanı qapıçı Turgay Şeren o anı belə yada salır.
"Frankonun qəpiki havaya atması ilə o balacı dəmir parçasının yerə düşməsi arasında bir əsr kimi vaxt dayanmışdır. Bütün gözlər bu qəpikin üzərində idi. Franko əlini götürdü və Türkiyə İsveçrəyə vəsiqə qazandı" - Turgay Şeren (Türkiyə Millisinin kapitanı)
Beləlik ilə Türkiyə tarixində ikinci dəfə FİFA Dünya Çempionatında iştirak hüququ qazandı. Sandro Pupponun yetirmələri İsveçrədəki Dünya Çempionatında iştirak edəcəkdi.
16 iyun-4 iyul tarixlərində İsveçrədə keçirilən Dünya Çempionatında Türkiyə Almaniya, Cənubi Koreya və Macarıstan ilə 2-ci qrupda yer almışdı. Sandro Pupponun rəhbərliyində Türkiyə Millisi 22 futbolçu ilə İsveçrəyə gəlmişdi. Türkiyə Millisi FİFA Dünya Çempionatında bu futbolçular ilə iştirak edəcəkdi. (Turgay Şeren, Rıdvan Bolatlı, Basri Dilimlili, Mustafa Ertan, Çetin Zeybek, Rober Eryol, Erol Keskin, Suat Mamat, Feridun Buğeker, Burhan Sargun, Lefter Küçükandonyadis, Şükrü Ersoy, Bülent Eken, Ali Beratlıgil, Mehmet Dinçer, Nedim Günar, Akgün Kaçmaz, Ahmet Berman, Necmi Onarıcı, Kadri Aytaç, Coşkun Taş). Amma bu heyət Dünya Çempionatında uğurdan çox kənar idi. Zəif futbolçular ilə Sandro Puppo Dünya Çempionatındaki ilk oyununa 17 iyunda Bern şəhərində Almaniyaya qarşı çıxdı. Oyunda hesabı 2-ci dəqiqədə Suat Mamat açdı. Bu qol bütün Türk futbol sevərlərini ayağa qaldırdı. Amma Almanlar Dünya Çempionatında sürprizə imkan vermədilər. 14-cü dəqiqədə Hans Sçafer hesabı 1-1 elədi. Daha sonraki dəqiqələrdə Almanlar Bernhard Klodt, Ottmar Valter və Maks Morlok ilə daha üç qol vurdu və oyundan 4-1 qalib ayrıldı. Qrupun diğər oyununda Macarıstan Cənubi Koreyanı 9-0 məğlub etdi. I turdan sonra Türkiyə Macarıstan və Almaniyadan sonra qrupda üçüncü yerdə idi. Qrupda isə ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanırdılar. II turun oyununda Türkiyə tarixində ikinci ən böyük qələbəni qazandı. 1949-cu ildə Suriya ilə oyunda 7-0 qələbə qazanan Türklər bu aqibəti Cənubi Koreyalılara yaşatdı.
20 iyun 1954 |
|
Stad-de-Şarmil, Cenevrə, İsveçrə Tamaşaçı: 4 000 Hakim: Esteban Marino |
Bu oyundan sonra maraqlı vəziyyət yaranmışdı. II turun diğər oyununda Macarlar Almanları 8-3 məğlub etmişdilər. Belə olan xalda Macarıstan iki qələbə ilə 4 xal topladı və 1/4 finala vəsiqəni təmin etdi. Türkiyə və Almaniyanın isə hərəyə bir qələbəsi olduğu üçün onlar öz aralarında daha bir dəfə qarşılaşacağdı. Qalib gələn Milli 1/4 finala vəsiqə qazanacağdı. Oyun 23 iyunda Sürixdə keçirildi. Oyunda Türkiyə 2-7 məğlub oldu və ilk dəfə iştirak etdiyi FİFA Dünya Çempionatından mübarizəni dayandırdı. Bu Dünya Çempionatından sonra Sandro Puppo istefa verdi. Amma Dünya Çempionatındaki ərkən vidaya baxmayaraq gələcəkdə Türkiyə Dünya Çempionatında uğur əldə edəcəyinə inanırdı. Bu Dünya Çempionatında zəif və təcrübəsiz futbolçular ilə Türkiyə az qala 1/4 finala çıxa bilərdi. Amma unutmaqda olmaz ki Türkiyə elə bu oyundan 11 gün sonra Çempion olacaq Almaniyaya uduzdu.
2000-ci ildə Belçika və Hollandiyada keçirilən UEFA Avropa Çempionatında Türkiyə millisinin uğurlu nəticəsindən sonra Mustafa Dənizli millidən ayrılır. Onu Türkiyə millisinin məşqçi postunda Şənol Günəş əvəzləyir. Şənol Günəş Türkiyə millisi ilə məşqçi kimi ilk oyununa, 6 avqust 2000-ci il tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yerli milliyə qarşı oyunda çıxır. Şənol Günəşin rəhbərliyi altında Türkiyə millisi debüt oyununda Bosniya və Herseqovinaya 2-0 hesabı ilə məğlub olur.[8] Bu məğlubiyyətdən sonra Türkiyə millisi 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçiriləcək
2005-ci ildə Türkiyə millisinin sükanı arxasına Fatih Terim gətirildi. Fatih Terim bu postda Ərsun Yanalı əvəzlədi. Fatih Terim buna qədər 1993-1996-cı illərdə Türkiyə millisinin baş məşqçisi olmuşdur. Fatih Terim Türkiyə millisi ilə ilk oyununa 2005-ci ilin 17 avqust tarixində çıxıb. Yoldaşlıq oyununda Türkiyə millisinin rəqibi Bolqarıstan millisi idi. Bu oyunda Fatih Terim rəhbərliyində Türkiyə millisi 1-3 hesabı ilə rəqibinə məğlub oldu.[9] Bu oyundan sonra Türkiyə millisi FİFA Dünya Çempionatı 2006-nın seçmə mərhələsi çərçivəsində İsmət İnönü Stadionunda Danimarka millisi ilə qarşılaşdı. Okan Buruk və Tümər Metinin fərqləndiyi oyunda Türkiyə millisi rəqibi ilə 2-2 hesablı sülhə razılaşdı.[10] Bu heç-heçədən sonra Fatih Terimin yetirmələri Kiyevdə yerli Ukrayna millisinin qonağı oldu. Çətin səfər oyununda Türkiyə millisi Tümər Metinin yeganə qolu ilə rəqibini 1-0 hesabı ilə məğlub etdi.
Abdullah Avcıdan sonra 2013-cü ildə Türkiyə millisinin sükanı arxasına üçüncü dəfə Fatih Terim gətirildi. Bundan əvvəl 1993-1996 və 2005-2009-cu illərdə Fatih Terim Türkiyə millisinin baş məşqçisi olmuşdur. Fatih Terim Türkiyə millisini uzun ildən sonra 6 sentyabr 2013-cü ildə meydana çıxardı. Həmin gün Türkiyə millisi Kayseridə 2014 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Andorra ilə qarşılaşırdı. Umut Bulutun 3 qol vurduğu oyunda Türkiyə rəqibini 5-0 məğlub etdi. Türkiyə millisi bu oyundan sonra Fatih Terimin rəhbərliyində ardıcıl 2 qələbə qazandı. Buxarestdə Rumıniya və Tallində Estoniya milliləri 2-0 hesabı ilə məğlub edildi. Seçmə mərhələnin son oyununda Türkiyə millisi İstanbulda Hollandiya ilə qarşılaşdı. Bu oyunda Fatih Terim rəhbərliyində Türkiyə millisi rəqibinə 0-2 hesabı ilə məğlub olaraq Hollandiya, Rumıniya və Macarıstanın ardından dördüncü yeri tutaraq 2014 Dünya Çempionatına vəsiqə uğrunda mübarizəni dayandırdı.
Adidas 1923-1995
|
Adidas 1996-1997
|
Adidas 1998-2000
|
Adidas 2000-2001
|
Adidas 2002-2003
|
Nike 2003
|
Nike 2004-2005
|
Nike 2006-2007
|
Nike 2008-2009
|
Nike 2010-2011
|
Nike 2012-h.h.
|
Adidas 1923-1995
|
Adidas 1996-1997
|
Adidas 1998-2000
|
Adidas 2000-2001
|
Adidas 2002-2003
|
Nike 2003
|
Nike 2004-2005
|
Nike 2006-2007
|
Nike 2008
|
Nike 2009
|
Nike 2010-2011
|
Nike 2012-h.h.
|
Tarix | Saat | Stadion | Komanda | Hesab | Komanda | Turnir | Türkiyənin qolları |
---|---|---|---|---|---|---|---|
28 mart 2015 | 21.45 | Amsterdam Arena, Amsterdam | Hollandiya | 1-1 | Türkiyə | Avropa Çempionatı 2016, S/M | B.Yılmaz |
31 mart 2015 | 21.45 | J.Bartel Stadionu, Lüksemburq | Lüksemburq | 1-2 | Türkiyə | Yoldaşlıq oyunu | M.Ərdinç, H.Çalhanoğlu |
8 iyun 2015 | 21.45 | R.T.Erdoğan Stadionu, İstanbul | Türkiyə | 4-0 | Bolqarıstan | Yoldaşlıq oyunu | H.Çalhanoğlu (2), B.Yılmaz (2) |
12 iyun 2015 | 19.00 | Almatı Mərkəzi Stadionu, Almatı | Qazaxıstan | 0-1 | Türkiyə | Avropa Çempionatı 2016, S/M | A.Turan |
3 sentyabr 2015 | 21.45 | Torku Arena, Konya | Türkiyə | 1-1 | Latviya | Avropa Çempionatı 2016, S/M | S.İnan |
6 sentyabr 2015 | 19.00 | Torku Arena, Konya | Türkiyə | 3-0 | Hollandiya | Avropa Çempionatı 2016, S/M | O.Özyakup, A.Turan, B.Yılmaz |
10 oktyabr 2015 | 21.45 | Generali Arena, Praqa | Çexiya | 0-2 | Türkiyə | Avropa Çempionatı 2016, S/M | S.İnan, H.Çalhanoğlu |
13 oktyabr 2015 | 21.45 | Torku Arena, Konya | Türkiyə | 1-0 | İslandiya | Avropa Çempionatı 2016, S/M | S.İnan |
13 noyabr 2015 | Abdulla Bin Xəlifə Stadionu, Doha | Qətər | 1-2 | Türkiyə | Yoldaşlıq oyunu | A.Turan,C.Tosun | |
17 noyabr 2015 | F.Terim Stadionu, İstanbul | Türkiyə | 3-0 | Yunanıstan | Yoldaşlıq oyunu | Texnik Qələbə | |
Avropa Çempionatı 2016 | |||||||
Avropa Çempionatı 2016 | |||||||
Avropa Çempionatı 2016 | |||||||
5 sentyabr 2016 | 21.45 | Maksimir Stadionu, Zaqreb | Xorvatiya | 1-1 | Türkiyə | Dünya Çempionatı 2018, S/M | H.Çalhanoğlu |
6 oktyabr 2016 | 21.45 | Konya Böyükşəhər Stadionu, Konya | Türkiyə | 2-2 | Ukrayna | Dünya Çempionatı 2018, S/M | O.Tufan, H.Çalhanoğlu |
9 oktyabr 2016 | 21.45 | Laugardalsvollur Stadionu, Reykyavik | İslandiya | 2-0 | Türkiyə | Dünya Çempionatı 2018, S/M | |
12 noyabr 2016 | 20.00 | Antalya Stadionu, Antalya | Türkiyə | 2-0 | Kosovo | Dünya Çempionatı 2018, S/M | B.Yılmaz, V.Şen |
24 mart 2017 | 20.00 | Antalya Stadionu, Antalya | Türkiyə | 2-0 | Finlandiya | Dünya Çempionatı 2018, S/M | C.Tosun (2) |
27 mart 2017 | 19.15 | Eskişəhər Stadionu, Eskişəhər | Türkiyə | 3-1 | Moldova | Yoldaşlıq oyunu | E.Mor, A.Çalık, C.Ünder |
5 iyun 2017 | 19.45 | Toşe Proeski Stadionu, Skopye | Makedoniya | 0-0 | Türkiyə | Yoldaşlıq oyunu | |
11 iyun 2017 | 21.45 | Loro Boriçi Stadionu, Şkoder | Kosovo | 1-4 | Türkiyə | Dünya Çempionatı 2018, S/M | V.Şen, C.Ünder, B.Yılmaz, O.Tufan |
2 sentyabr 2017 | 21.45 | Metalist Stadionu, Xarkov | Ukrayna | 2-0 | Türkiyə | Dünya Çempionatı 2018, S/M | |
5 sentyabr 2017 | 21.45 | Eskişəhər Stadionu, Eskişəhər | Türkiyə | 1-0 | Xorvatiya | Dünya Çempionatı 2018, S/M | C.Tosun |
6 oktyabr 2017 | 21.45 | Eskişəhər Stadionu, Eskişəhər | Türkiyə | 0-3 | İslandiya | Dünya Çempionatı 2018, S/M | |
9 oktyabr 2017 | 21.45 | Veritas Stadionu, Turku | Finlandiya | 2-2 | Türkiyə | Dünya Çempionatı 2018, S/M | C.Tosun (2) |
9 noyabr 2017 | 20.15 | Constantin Rădulescu Stadionu, Cluj-Napoca | Rumıniya | 2-0 | Türkiyə | Yoldaşlıq oyunu | |
13 noyabr 2017 | 20.30 | Antalya Stadionu, Antalya | Türkiyə | 2-3 | Albaniya | Yoldaşlıq oyunu | C.Ünder, E.Akbaba |
Türkiyə milli futbol komandasının Çexiya ilə oyun üçün heyəti. 21 iyun 2016.
|
|
FİFA Dünya Çempionatı
UEFA Avropa Çempionatı
İştirak: 1954, 2002
İştirak: 1996, 2000, 2008, 2016
İştirak: 2003
Sıra | Futbolçu | Dövr | Oyun | Qol |
---|---|---|---|---|
1 | Rüştü Reçber | 1994-2012 | 120 | -118 |
2 | Hakan Şükür | 1992-2007 | 112 | 51 |
3 | Bülent Korkmaz | 1990-2005 | 102 | 3 |
4 | Tugay Kerimoğlu | 1990-2007 | 94 | 2 |
5 | Emre Belözoğlu | 2000- | 93 | 9 |
6 | Alpay Özalan | 1995-2005 | 90 | 4 |
7 | Arda Turan | 2006- | 85 | 15 |
8 | Hamit Altıntop | 2004-2014 | 82 | 7 |
9 | Tuncay Şanlı | 2002-2010 | 80 | 22 |
10 | Ogün Temizkanoğlu | 1990-2002 | 76 | 5 |
Sıra | Futbolçu | Dövr | Oyun | Qol |
---|---|---|---|---|
1 | Hakan Şükür | 1992-2007 | 112 | 51 |
2 | Tuncay Şanlı | 2002-2010 | 80 | 22 |
3 | Lefter Küçükandonyadis | 1948-1963 | 46 | 21 |
4 | Burak Yılmaz | 2006- | 42 | 19 |
5 | Metin Oktay | 1955-1968 | 36 | 19 |
6 | Cemil Turan | 1970-1979 | 44 | 19 |
7 | Nihat Kahveci | 2000-2010 | 69 | 19 |
8 | Arda Turan | 2006- | 85 | 15 |
9 | Zeki Rıza Sporel | 1923-1932 | 16 | 15 |
10 | Ertuğrul Sağlam | 1994-2003 | 27 | 11 |
11 | Arif Erdem | 1994-2003 | 60 | 11 |
12 | Umut Bulut | 2007- | 38 | 10 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.