Türk Dövlətləri Təşkilatı
Türk suveren dövlətlərin üzv olduğu beynəlxalq təşkilat / From Wikipedia, the free encyclopedia
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.[3]
Türk Dövlətləri Təşkilatı TDT | |
---|---|
Turki Memleketteriniñ Ūyımı (Qazax dili) Түрк мамлекеттеринин уюму (Qırğız dili) Turk Davlatlari Tashkiloti (Özbək dili) Türk Devletleri Teşkilatı (Türk dili) Organization of Turkic States (İngilis dili) | |
| |
| |
Şüar | Biz birlikdə daha güclüyük! |
Yaranma tarixi | 3 oktyabr 2009 |
Rəsmi dili |
Azərbaycan dili Qazax dili Qırğız dili Özbək dili Türk dili İngilis dili[1] |
Mərkəzi | |
Yarandığı yer | Naxçıvan |
Qurucusu |
Azərbaycan Türkiyə Qazaxıstan Qırğızıstan |
Sədr | Kubanıçbəy Ömürəliyev |
Üzvləri |
5 üzv Azərbaycan Türkiyə Qazaxıstan Qırğızıstan Özbəkistan 3 müşahidəçi üzv Macarıstan Türkmənistan ŞKTR[2] |
turkicstates.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).