Türk (mifologiya)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Türk (dəqiqləşdirmə).
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir.