Remove ads
From Wikipedia, the free encyclopedia
Tyancin (ing. Tianjin) — Çinin şimalında, Bohai dənizi sahilində yerləşən əsas sənaye-ticarət şəhəridir. Şəhər əhalisinin sayı 5 mln. nəfərdən çoxdur. Tyancin Pekinin 120km-liyində yerləşir. Okean və sahil boyu gəmiçiliyi üçün mühüm limandır. Tyancinin ənənəvi sənaye sahələrinə metallurgiya, maşınqayırma, kimya, elektroenergetika, toxuculuq, kağız, qida sənayesi və tikinti materialları sənayesi daxildir. Gəmiqayırma, avtomobilqayırma, neftçıxarma, neft emalı, traktorqayırma, kimyəvi gübrələr, saat, televizor, fotoaparat istehsalı və s. sənayenin yeni sahələrindəndir.
Şəhər | |
Tyantszin | |
---|---|
çin. sadə. 天津, pinyin: Tiānjīn | |
39°08′ şm. e. 117°11′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Mer | Vanq Donfen |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1404 |
Sahəsi | 11 943 km² |
Mərkəzin hündürlüyü | 5 m |
İqlimi | kontinental |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi | 15 469 500 nəfər (2015) |
Sıxlığı | 1 300 nəf./km² |
Aqlomerasiya | 28 800 423 |
Rəsmi dili | çin dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 22 |
Poçt indeksi | 300000–301900 |
Nəqliyyat kodu | 津A, B, C, D, F, G, H, J, K, L, M, N, Q, R |
Digər | |
tj.gov.cn (çin.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Çinin XIX əsr tarixində böyük rol oynamışdır. Belə ki, 1858-ci ildə məhz Tyancini itirmək təhlükəsində Çin (Tzin) höküməti avropalılara təslim olur və eyniadlı müqavilə imzalamış olur. 1860-cı il Pekin müqaviləsi ilə isə Tyancin Qərb dövlətləri üçün açıq elan edilmiş olur.
İxetuanlar (və ya Boksyorlar) üsyanı ilə şəhər üsyançıların hədəfinə çevrilir, 1899-cu ildə ixetuanlar şəhəri tutaraq burada avropalılara məxsus olan tikililəri məhv edirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.