Tuba Şahi məscidi
From Wikipedia, the free encyclopedia
Tuba Şahi məscidi — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix və memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1] Məscid binası Şirvanşahlar dövrünə aid Dördkünc Mərdəkan qəsrinin yaxınlığında inşa edilmişdir.
Tuba Şahi məscidi | |
---|---|
40°29′30″ şm. e. 50°08′26″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Bakı |
Yerləşir | Mərdəkan |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | 1481—1482 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | stabil |
İstinad nöm. | 95 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır. Məscid üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər də bəlli olur. 1720-1721-ci illərdə Bakı xanlarından Məhəmməd xanın sifarişi ilə məsciddə bərpa işləri aparılmışdır.
Məscid, günbəzlə tamamlanmış paralellepiped formasında dəqiq ifadə olunmuş həcmə malikdir. İbadət zalının mərkəzi hissəsi yelkənlər üzərində dayanan günbəzlə örtülmüşdür. Kvadrat formalı mərkəzi ibadət zalına dörd tərəfdən düzbucaqlı formaya malik köməkçi otaqlar birləşir.