From Wikipedia, the free encyclopedia
Transsəhra ticarət yolu — Qərbi və Şimali Afrikanın böyük hissəsini əhatə edən ticarət əməliyyatları şəbəkəsi. Ticarət XX əsrin ortalarına qədər karvan yolları ilə aparılırdı. Sülh dövründə Böyük Səhranı keçmək və geri qayıtmaq təxminən 18 ay çəkirdi.
Böyük Səhranı cənubdan şimala keçən iki əsas yol boyunca döyüş arabalarının təsvirləri aşkar edilmişdir. Bundan tədqiqatçılar belə nəticəyə gəlmişdilər ki, ticarət yolları qədim zamanlarda Böyük Səhradan keçmişdir.[1]
Artıq VIII əsrin ortalarında ərəblər Mərakeşin cənubundakı Sicilmasa ilə Mavritaniyadakı Audaqost arasında karvan yolu yaratmışdılar Böyük Səhranın qızılın gətirildiyi cənub kənarında Aralıq dənizi tacirləri məskunlaşmışdılar. Orada ərəb və bərbərlərin dəvə karvanları ilə şimaldan gətirilən məhsullar cənubdan vanqaralar tərəfindən idarə olunan eşşək karvanlarına yenidən yüklənirdi.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.