![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/83/Karst_following_phosphate_mining_on_Nauru.jpg/640px-Karst_following_phosphate_mining_on_Nauru.jpg&w=640&q=50)
Torpağın deqradasiyası
From Wikipedia, the free encyclopedia
Torpağın deqradasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir. [1]
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/83/Karst_following_phosphate_mining_on_Nauru.jpg/640px-Karst_following_phosphate_mining_on_Nauru.jpg)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Torpaq üzərindəki istənilən dəyişiklik və ya ekoloji pozuntu ziyanlı və ya istənməyən olaraq dəyərləndirilir.[2] Təbii təhlükələr bir səbəb olaraq dəyərləndirilmir, lakin insan fəaliyyəti sel və ya meşə yanğınları kimi təbii təhlükələrə dolayı yollarla səbəb ola bilər. Bu məsələ torpaq deqradasiyasının kənd təsərrüfatı, məhsuldarlıq, mühit və onun qida təhlükəsizliyi üzərində təsirləri səbəbindən 21-ci əsrin mühüm mövzusu seçilib.[3] Dünyanın 40% kənd təsərrüfatı torpaqlarının ciddi şəkildə deqradasiyaya uğradığı təxmin edilir.[4]