Topxana (İstanbul)
From Wikipedia, the free encyclopedia
Topxana — İstanbulun Bəyoğlu səmtində, Boğaziçi sahilində rayon.
Topxana | |
---|---|
41°01′38″ şm. e. 28°58′56″ ş. u. | |
Ölkə | Türkiyə |
Region | Mərmərə regionu |
Rayon | Bəyoğlu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+90) 212 |
Nəqliyyat kodu | 34 |
Vikianbarda əlaqəli mediafayllar |
İstanbulun fəthindən sonra II Mehmed 1455-ci ildə Tersane-i Amire (Haliç) və 1460 Tophane-i Amire (Topxana) quraraq İstanbulda ilk sənaye hərəkatına başladı.[1] Bu özəlliyinə görə Topxananın Osmanlı dövründə İstanbulun ən qədim sənaye bölgələrindən biri olduğunu söyləmək olar.
İstanbulun türklər tərəfindən fəthindən əvvəl bəzi mənbələrdə Topxana mahalının Qalatanın Ceneviz divarlarının düz kənarında bir yer kimi insan yaşamayan çöl və bağ sahəsi olduğu, bəzi yazarlara görə isə buranın meşə olduğu bildirilir. Bizans dövründə mahalın adının "Metopon" olduğu qəbul edilərkən, daha yeni araşdırmalar görə gözəl görünüşünə görə buraya "Gümüş şəhər" (Argiropolis) deyildiyi fikri də irəli sürülmüşdür. Burada Bizans dövründə çox qədim Apollon məbədinin, həmçinin türklərin sonradan tikəcəyi kazarmaların yerində "Müqəddəs İrina" və ya "Hadrian və Natali kilsəsi"nin olduğu deyilir.
1955–1956-cı illərdə Topxana binaları və kazarmalar söküldükdən sonra Nüsrətiyə məscidi ilə üzbəüz yerdə Bizans kilsəsinə aid ola biləcək bəzi bünövrə izləri və kərpic divar qırıqlarının aşkar edilmişdi. Binanın bu hissələrindən kənarda Sənətkarlar Məktəbi küçəsi yerləşir. Topxana Ocağı məscidinin də yer aldığı İmalat-ı Hərbiyə Usta Məktəbinin (Rəssamlar Məktəbi) xarabalıqları günümüzə qədər gəlib çatmışdır. Bina icmasını quran Sultan Süleyman Qanuni idi. 1946-cı ildə yolların bərpası istiqamətində görülən işlər zamanı çox hissəsi söküldü. İstanbul Ətraf Mühit, Mədəniyyət və Tarixi Əsərləri Qoruma Dərnəyi (İSTED) tərəfindən aparılan araşdırma nəticəsində əldə edilən tarixi araşdırma sənədləri ilə 2018-ci ilin aprel ayında qeydiyyat üçün müvafiq şuraya müraciət edilib.[2]