Tompson adası (ing. Thompson Island) — Cənubi Atlantikada yerləşən kabus ada. Amerika Qlobal Vulkanizm Proqramına görə, ada 54°33′ c. e. 5°50′ ş. u. koordinatında yerləşir. Buve adasından təxminən 70 km şimal-şərqdədir (Cənubi Afrika və Antarktida arasında yerləşən kiçik Norveç mülkü).

Thumb
1898-ci ildə Buve adasının xəritəsi, üzərində Tompson adası işarələnmişdir.

Açılış tarixi

Ada 1825-ci ildə kəşf edilmiş və balina ovu gəmisinin kapitanı Corc Norris tərəfindən adlandırılmışdır. Adanın son görülməsi 1893-cü ildə qeydə alınıb; lakin beş il sonra 1898-ci ildə alman araşdırmaçısı Valdivia Buve adasını tapdıqda, Tompson adasını axtarsada, onu tapa bilmir. Axtarışın uğursuzluğuna baxmayaraq, Tompson adası 1943-cü ilə qədər xəritələrdə görünməyə davam edir. 1967-ci ildə britaniyalı vulkanoloq Peter Baker, Tompson adasının həqiqətən mövcud ola biləcəyini, lakin 1893–1898-ci illər arasında vulkan püskürməsi zamanı yox olduğunu irəli sürür. Norrisin göstərdiyi adanın yeri sual altındadır, çünki batimetrik tədqiqatlara görə həmin ərazidə okeanın dərinliyi 2400 metrdən çoxdur[1][2].

Ada ədəbiyyatda

Cənubi Afrikalı yazıçı Cefri Cenkinsin "Buz qapağı" (1962; ABŞ-də "Yox olan ada" adı ilə nəşr olunub) romanının kulminasiya nöqtəsi Tompson adasında baş verib. Müəllif adanı Buve adasından 120 km (65 dəniz mili) cənub-şərqdə yerləşdirərək, adanın mövqeyindəki uyğunsuzluğu Antarktika sularında refraksiya ilə izah edir[3].

Ədəbiyyat

  • Vincent Gaddis (1965). Invisible Horizons. Philadelphia: Chilton.
  • Henry Stommel (1984). Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. Vancouver: University of British Columbia Press, pp 98–99. ISBN 0-77-480210-3.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.