Minamoto Şahzadəsi, diplomat və sərkərdə sülaləsinin banisi, Ən yaxın silahdaşı və məsləkdaşı Odasının, mərkəzləşdirilmiş feodal dövlətinin yaradılması başa vuran Yaponiyada Nobunaqi və Toötomi.Tokuqava dövrü (徳川時代 Tokuqava jidai?) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi.[1] Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı.
Tokuqava İeyasu | |
---|---|
徳川家康 | |
Doğum tarixi | |
Doğum yeri | Yaponiya, Okazaki |
Vəfat tarixi | 1 İyun 1616-cı il (73 yaşında) |
Vəfat səbəbi | mədə xərçəngi |
Uşaqları |
|
Fəaliyyəti | Samuray |
Fəaliyyət illəri | 1603-1605 |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisələr Redaktə 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur. 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur. 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir. 1607: Koreyanın Coson sülaləsi Tokuqava şoqunatında öz səfirliyini yaradır. 1611: Ryukyu adaları Satsuma vilayətinin vassalına çevrilir. 1614: Tokuqava İeyasu Yaponiyada xristianlığı qadağan edir. 1615: Osaka döyüşü. Tokuqava İeyasu Toyotomi ailəsinin əlində olan Osaka qalasını mühasirəyə aldı. Tokuqavanın hakimiyyəti bütün Yaponiyada məşhurlaşdı. 1616: Tokuqava İeyasu vəfat edir. 1623: Tokuqava İemitsu üçüncü şoqun seçilir. 1633: Tokuqava İemitsu xaricə səfər etməyi və xarici kitablar oxumağı qadağan edir. 1635: Tokuqava İemitsu daymyoların üzərinə icbari şəkildə bir il Edoda xidmət etmək mükəlləfiyyətini (sankin kotay) qoydu. 1637: Yüksək vergilərdən bezən kəndlilər Şimabara üsyanını (1637–38) başlatdılar. 1638: Tokuqava İemitsu gəmi tikintisinə qadağa qoydu. 1639: Milli özünütəcrid (Sakoku Rey) fərmanı verildi. Hollandlardan başqa bütün digər xaricilərin Yaponiyaya girişinə qadağa qoyuldu. 1641: Tokuqava İemitsu çinli və hollandlardan başqa bütün xaricilərin Yaponiyaya gəlməsinə qadağa qoydu. 1650: Sülhün bərqərar olması ilə yeni zadəgan təbəqəsi, buşido ("döyüşçünün yolu") qaydalarına riayət edən savadlı döyüşçülər formalaşdı. 1657: Böyük Meyreki yanğını Edo şəhərinin böyük hissəsini məhv etdi. 1700: Kabuki və ukiyo-e teatrları məşhurlaşdı. 1707: Fudzi vulkanı püskürdü. 1774: İlk dəfə Qərb tibb əsərinin tərcüməsi olan Kaytay Şinşo anatomiya kitabı Sugita Gempaku və Maeno Ryotaku tərəfindən nəşr olundu. 1787: Matsudaira Sadanobu, şoqunların ali şura üzvü, Kansey islahatlarını başlatdı. 1792: Rusiya nümayəndəsi Adam Laksman Ezonun şərqindəki (indiki Hokkaydo) Nemuroya gəlir. 1804: Rusiya nümayəndəsi Nikolay Rezanov Naqasakiyə çatır və Yaponiya ilə ticarət əlaqələri qurmağa uğursuz cəhd göstərir. 1837: Oşio Heyhaçiro üsyanı. 1841: Tenpo islahatları. 1854: ABŞ Yaponiyanı ticarət sahəsində "Kanaqava müqaviləsi"ni imzalamağa məcbur etdi. Bu müqavilə iki əsr sonra yenidən Yaponiyanı xaricilərin üzünə açdı. 1855: Rusiya və Yaponiya diplomatik əlaqələr qurdular. 1864: Britaniya, Fransa, Hollandiya və ABŞ hərbi gəmiləri Şimonoseki limanını bombalayırlar və xaricilərin istifadəsinə daha çox yapon limanının açılmasına nail olurlar. 1868: Tokuqava Yoşinobu hakimiyyətdən imtina edir, Tokuqava şoqunatınin hakimiyyəti bitir və paytaxtı Tokioda olmaqla və ilahi xüsusiyyətlərə malik olan imperator (yaxud mikado) hakimiyyəti bərpa olunur.
Həyatı
Tokuqava İeyasu 31 yanvar 1543-cü ildə Yaponiyanın Okazaki anadan olub. O 1560 1580-ci illərdə şərqdə Tokuqava Suruqa əyalətinə öz ərazilərini genişləndirdi. Yaponiyanın Şizuoka prefektura "Yaponiyanın" birləşməsi planının həyata keçirilməsi üçün güclü hərbi-iqtisadi bazasını yaratdı. O 1582-ci ildə, İeyasu Nobunaqi Odasının vəfatından sonra onun mirası uğrunda mübarizəyə qoşulub, lakin Toötomi ona uduzub və son 1586-cı ildə vassalla özünü tanıyıb. 1603-cü ildə İeyasu Söquna adını alıb. 1868-ci ilədək Yaponiyada Edo şəhərində üçüncü Samuray hökumətini yaratmışdır. Tokuqava İeyasu 1616-cı ildə vəfat edib.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.