From Wikipedia, the free encyclopedia
Toktar Əubəkirov (qaz. Тоқтар Оңғарбайұлы Әубәкіров; rus. Токтар Онгарбаевич Аубакиров; d. 27 iyul 1946, Karağandı) — təqaüdçü Hava Qüvvələri zabiti və keçmiş kosmonavt. Sovet İttifaqı Qəhrəmanı (1988).
Toktar Əubəkirov | |
---|---|
Тоқтар Оңғарбайұлы Әубәкіров | |
| |
Doğum tarixi | |
Doğum yeri | Karağandı, Qazaxıstan |
Vətəndaşlığı | Qazaxıstan |
Milliyyəti | qazax |
Fəaliyyəti | kosmonavt, test pilotu |
Fəaliyyət illəri | 1976-1991 |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toktar Əubəkirov 1946-cı ilin 27 iyulunda Qazaxıstan SSR-nin Karağandı oblastında anadan olmuşdur. 8 illik orta məktəbi bitirdikdən sonra Temirtau tökməxanasında işləməyə başlamışdır. 1965-ci ildə Armavir Hərbi Aviasiya İnstitutuna qoşulmuşdur. 1975-ci ildə M.Qromov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ Hava Qüvvələrində Uzaq Şərq sərhədlərində döyüş pilotu kimi xidmət vermişdir.
1976-1991-ci illərdə test pilotu kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində 50-dən çox təyyarə tipini sınaqdan keçirmişdir. SSRİ-də şimal qütbünü keçən ilk pilot olmuşdur.
1991-ci ildə SSRİ və Qazaxıstan SSR arasındakı müqaviləyə əsasən Qaqarin Kosmonavtika Təlim Mərkəzində məşq etməyə başlamışdır. 2 oktyabr 1991-ci ildə rus kosmonavtı Aleksandr Volkov və avstriya kosmonavtı Frans Fibeklə Baykonur aerodromundan qalxan Soyuz TM-13 gəmisi ilə kosmosda 7 gün 22 saat 12 dəqiqə vaxt keçirmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.