From Wikipedia, the free encyclopedia
Toşima[1][2] (yap. 利島) — vulkan məşəlli ada, İzu adalarına[3] daxildir. İnzibati cəhətdən Tokio perfekturasına daxildir. Tokiodan 130 km cənubda yerləşir. Fuci-Hakone-İzu milli parkı ərazisinə daxildir. Adada Toşima kəndi yerləşir. Kənddə 304 nəfər (2007) yaşayır.
Toşima adası | |
---|---|
yap. 利島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 4,12 km² |
Hündür nöqtəsi | 508 m |
Əhalisi | 304 nəfər (2007-ci il) |
Yerləşməsi | |
34°31′17″ şm. e. 139°16′48″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Toşima adasının sahəsi 4,12 km² təşkil edir və İzu arxipelaqının ən kiçik adasıdır. Ən hündür zirvəsi 508 metr olan Miyasuka dağıdır. Ada ərazisinin 80 % meşə ilə örtülmüşdür. Kameliya (Camellia) ərazinin böyük hissəsində yayılmışdır. Bu bitkinin çiçəkləmə dövrü noyabr-mart aylarına təsadüf etdiyindən ada qırmızı rəngə bürünür.
Toşima İzuoşima və Niişima adaları arasında yerləşir.
Adanın iqtisadiyyatının əsas gəlir mənbəyi balıqçılıqdır. Üstəlik adada kiçik fermer təsərrüfatı və turistik mərkəz vardır.
Adalar arasında hərəkət edən bərələr qısa müddətində Toşimada dayanırlar. Yaxşı havalarda ada ilə əlaqə helikopterlə təmin edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.