Tibet-Birma dilləri
From Wikipedia, the free encyclopedia
Tibet-Birma dilləri - Sino-Tibet dil ailəsinin alt qrupu. Cənub-Şərqi Asiyanın yüksək dağlıq ərazilərində və həmçinin Cənubi Asiyada və Şərqi Asiyada yaşayan 400-ə yaxın xalqı birləşdir. Tibet-Birma dillərində danışan 60 milyon insandan təqribən yarısı birma dilində, 13%-ə yaxını isə Tibet dilində danışırlar[1]. Bu alt qrupun belə adlanmasının əsas səbəbi qrup daxilində üstünlük təşkil edən dillərin təsnifatına görədir (Birma dilində danıanlar-32 milyon nəfər, Tibet dilində danışanlar-8 milyon nəfər).
Tibet-Birma dilləri Hindistan ərazisində əsasən Himalay dağ silsiləsi uzunu Ladakh, Himaçal Pradeş, Siqqim, Arunaçal Pradeş ştatlarında, eləcə də Qərbi Benqal, Assam, Meqhalaya, Naqaland, Manipur, Tripula və Mizoram ştatlarında yayılmışdır. Tibet-Birma dillərinə karbi, meitei, lepcha dilləri, eləcə də Tibet, Şərqi Himalay, Tani, Brahmaputra, Anqami-Poçuri, Tanqkhul, Zeme, Kukish və s. dialektləri aiddir.