Tennessin (lat. Tenissinium, Ts) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində117-ci element. Dövri sistemin yeddinci perioduna və 17-ci qrupuna daxildir.
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | Tennessin, Ts, 117 | |||||
Qrup, Dövr, Blok | 17, 7, p | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | [294] q/mol | |||||
Elektron formulu | ||||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | °C ( K, °F) | |||||
Qaynama temperaturu | °C ( K, °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Elementin iki məlum izotopundan ən davamlısı olan 294Uus-un yarımparçalanma dövrü 78 millisaniyədir[1]. Formal olaraq halogenlərə aid edilsə də, kimyəvi xüsusiyyətləri hələ tədqiq edilməmişdir.
Adının mənşəyi
Ununseptium sözü latın mənşəli sözlərdən ibarətdir və hərfən "bir-bir-yeddinci" deməkdir (latınca 117-ci başqa cür yazılır: centesimus septimus decimus). Bu ad müvəqqəti idi və elementin kəşfi başqa tədqiqatçılar tərəfindən təsdiq edildikdən sonra bu ad, çox güman ki, dəyişdiriləcəkdi. Kimyəvi elementə rəsmi ad İUPAC (Nəzəri və tətbiqi kimya üzrə Beynəlxalq İttifaqın komissiyası) tərəfindən onun kəşfi təsdiqləndikdən və bu və ya digər elmi qrupun prioriteti müəyyən edildikdən sonra onun adı təsdiqləndi:Tenessinium.
Əldə edilməsi
Tenessin (ekaastat) 2009-cu ildə Dubnada (Rusiya) yerləşən Birləşmiş nüvə tədqiqatları institutunda əldə edilmişdir. 117-ci elementin sintezi üçün institutun nüvə reaksiyaları sürətləndiricisində (U 400) 97-ci elementdən (berklium 249) ibarət hədəfi kalsium-48-in ionları ilə bombalayırdılar. Eksperiment Rusiya və ABŞ alimlərinin əməkdaşlığı sayəsində mümkün olmuşdur: 22 milliqram berklium-249 hədəfini rusiyalı alimlərə Tennessi ştatında yerləşən Okric milli laboratoriyasının alimləri tərəfindən təqdim edilmişdi[2]. Elementin sintezi üçün aşağıdakı reaksiyadan istifadə edilmişdi:
Nəticədə yeni elementin altı nüvəsi əldə edilmişdi: beş 293Uus və bir 294Uus. Yeni kimyəvi elementin aşkar edilməsini təsvir edən elmi məqalə 5 aprel 2010-cu ildə nəşr edilməsi üçün Physical Review Letters jurnalı tərəfindən qəbul edilmişdir. [3].
2012-ci ilin iyununda eksperiment təkrar edilmiş və 293Ts-un beş nüvəsi əldə edilmişdir[4][5].
2014-cü ildə 117-ci elementin mövcudluğu Helmholts adına ağır ionların tədqiqi mərkəzində (Darmştadt, Almaniya) çalışan nüvə fiziklərinin beynəlxalq qrupu tərəfindən təsdiq edilmişdi: eyni eksperiment həyata keçirilərək yeddi nüvə aşkar edilmiş və 117-ci elementin dağılmasının 105-ci (dubnium) elementin yaranması ilə nəticələnən yeni yolu kəşf edilmişdir[6][7].
Ununseptium mədəniyyətdə
"Futurama" cizgi serialının 7-ci mövsümünün 10-cu seriyasında ("Near-Death Wish") Ununseptium "Farnsium" (Fa) adlandırılır.
Kimyəvi xassələri
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.