From Wikipedia, the free encyclopedia
Tekumse Konfederasiyası — ABŞ-nin şimal-qərbində 19-cu əsrin əvvəlində mövcud olmuş hindu qəbilələrinin birliyi. Konfederasiyanın hədəfi ABŞ istilasına qarşı mübarizə idi.[1]
Şimal-Qərb müharibəsi nəticəsində Qrinvill anlaşması imzalanır. Bu anlaşmadan müharibədə iştirak edən qəbilələr bölgəni tərk edirlər. Bir çoxu isə Mayami ərazisinə köçərək burada yeni məskənlər salırlar. 1806-cı ildə şauni qəbiləsində Lalaventika adlı birisi özünü peyğəmbər elan edir. Onun dini baxışlarına görə hindu qəbilələri öz aralarında toqquşmalara son qoymalı, ağlarla heç bir əlaqə saxlamamalı idilər. Belə ki, o, bütün bəlaların ağlardan gəldiyini bildirirdi. Üstəlik ağlardan spirtli içki, paltar və ərzaq almağa qadağa qoyur. O öz adını dəyişərək Tenskvatava adlandırır. Bu şauni dilində "açıq qapı" mənasını verir.
1806-cı ildən onun tərəfdarları getdikcə artır. Onlar ağlarla əlaqə yaradan hinduları öldürürlər. Bölgədə yaşayan hindu qəbilələri ABŞ ilə müharibə edərək öz torpaqlarını qorumaq istəyində idilər, amma aralarında şauni qəbiləsinin başçısı, "Qara Nal" müharibə etməyi mənasız hesab edirdi. Bu səbəblə ordu lideri olan Tekumsedən ərazini tərk etməsini istəyir. Tekumse Tenskvatavanın qardaşı idi. Potavatone qəbilə başçısı Uinamak Tenskvatava və Tekumseni öz ərazisinə dəvət edir. Onlar indiki İndiana ştatının ərazisindəki Profektstaun şəhərini salırlar.
Peyğəmbər şəhəri Uobaş və Tippekanu çayları arasında yerləşirdi. Tekumse, müharibə təcrübəsi yüksək olması səbəbindən, orduya rəhbər seçilir. Onun liderlik bacarığı var idi və bütün şimal və şimal-qərb ərazilərində yaşayan qəbilələri birləşdirmək arzusunda idi. O, müəyyən zaman ərzində şauni, delavar, foks, kikapu, vea, mayami, ottava, piankaşo, minqo, seneka, odjibve, çikakioqa, çeroki və vayondoti qəbilələrini birləşdirməyə nail olur. Bu birlik tarixə Tekumse Konfederasiyasi kimi düşür. Tekumsenin 3 minlik ordusu köhnə şimal-qərb ərazilərinə yerləşdi.
30 sentyabr 1809-cu ildə Fort-Ueyndə hindularla Harrison arasında imzalanmış müqaviləyə görə ABŞ-yə 12000 km² ərazi satılır. Bu anlaşmanı Tekumse tanımayaraq müqavilənin prezident tərəfindən təsdiqlənməməsini istəyir. Əks halda konfederasiyanın Britaniya ilə birgə ABŞ-yə qarşı müharibəyə qoşulacağını bildirir. Tekumse cənub ərazilərində yaşayan hindu qəbilələrini birliyə dəvət etmək istəyir. Əvvəlcə Harrisonla 1811-ci ilin avqust ayında danışıq aparır. Bütün anlaşılmazlıqların həllinin mümkün olduğunu bildirərək vaxt qazamaq istəyir. Beş hindu qəbiləsi ilə danışıqlar üçün cənuba yollanır. Bu hadisədən xəbər tutan Harrison ümumilikdə 1200 əsgər toplaya bilir. Tekumse getməzdən əvvəl birlik üzvlərinə ABŞ ilə toqquşmanı qadağan edir. Ancaq bəzi hindu döyüşçüləri Profetstaun şəhəri yaxınlığında yeləşən yaşayış məntəqələrinə basqınlar təşkil edirdilər. Bu, Harrison üçün bəhanə olur. 7 noyabr 1811-ci ildə Tekumsesiz qalan hindu ordusu qəfil hücum təşkil edərək ABŞ ordusuna zərbə vurmaq istəyir. Tippeka döyüşündə hindular məğlub olur. Harrison hücum edərək hinduları öldürür və şəhəri yandırır.
Bu məğlubiyyətdən sonra konfederasiya əvvəlki nüfuzunu itirir. Tenskvatavanın tərəfdarları onu tərk edir. Ona olan inam azalır. Tekumse Britaniya ilə ittifaqa girərək ABŞ-yə qarşı vuruşur. Detroytun alınmasında konfederasiya qüvvələri də iştirak edir. İngilislər Tekumseni briqada generalı təyin edirlər. 1812-ci il müharibəsində ittifaq qüvvələri fəal iştirak edir. 1813-cü ildə Temza çayı sahilində Tekumse öldürülür. Bununla da hindu birliyi tədricən dağılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.