From Wikipedia, the free encyclopedia
Teodor Con Kaçinski (22 may 1942[1][2], Everqrin-Park[d], İllinoys[3] – 10 iyun 2023[4], Federal Tibb Mərkəzi[d], Şimali Karolina[4]), həmçinin Unabomber (/ˈjuːnəbɒmər/) kimi də tanınır, amerikalı yerli terrorçu və keçmiş riyaziyyat professorudur. Bir riyaziyyat dahisi olub, ibtidai həyat yaşamaq üçün 1969-cu ildə akademik karyerasını tərk etmişdir. 1978–1995-ci illər arasında müasir texnologiyanı inkişaf etdirən və ətraf mühitin məhv edilməsində iştirak edən insanlara qarşı ölkə daxili miqyasda apardığı bombalama kampaniyasında üç nəfəri öldürmüş, 23 nəfəri yaralamışdır. O, sənayeləşməyə qarşı çıxan və təbiət mərkəzli bir anarxizm formasını müdafiə edən "Sənaye Cəmiyyəti və Gələcəyi" adlı "Unabomber Manifesto" adı ilə də tanınan sosial tənqidi nəşr etdirmişdir.
Ted Kaçinski | |
---|---|
ing. Theodore Kaczynski | |
Doğum tarixi | 22 may 1942[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyun 2023[4] (81 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
Fəaliyyəti | riyaziyyatçı, yazıçı, filosof, ətraf mühit fəalı, terrorist, anarxist |
Vikianbarda əlaqəli mediafayllar |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.