Teatrşünaslıq
From Wikipedia, the free encyclopedia
Teatrşünaslıq — teatr sənətini öyrənən, təhlil və tədqiq edən elm.
Teatrşünaslığın üç əsas qolu var:
- Teatr tarixinin tədqiqi, öyrənilməsi.
- Teatr təndiqi və çağdaş teatr prosesinin operativ araşdırılması, işıqlandırılması, resenziyaların, təhlili məqalələrin yazılması. Teatrda mövcud olan müxtəlif problemlərin (aktyor yaradıcılığında, rejissor üslubunda, repertuar seçimində və sair) operativ elmi müzakirəsi.
- Teatr elminin nəzəri-estetik əsaslarının öyrənilməsi.