Azərbaycan yazıçısı, publisist, pedaqoq From Wikipedia, the free encyclopedia
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq.
Tağı Şahbazi Simurğ | |
---|---|
Şahbazov Tağı Abbas oğlu | |
1930 – 11 iyul 1937[1] | |
ADU-nun rektoru | |
1926 – iyun 1929 | |
Sonrakı | Müseyib Şahbazov |
1923 – 1926 | |
1923 – ? | |
1922 – 1923 | |
Əvvəlki | Nurməmməd bəy Şahsuvarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 1938 |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır.
1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
1922–1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalının redaktoru, 1923–1926-cı illərdə Azərbaycan MİK katibi, 1926–1929-cu illərdə ADU-nun rektoru, 1930–1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışmışdır.
Bədii yaradıcılığa inqilabdan əvvəl başlamışdır. "Quşlar kimi azadə", "İyi aləm", "Südçü qız", "Şəkərli çoban", "Aclar" və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad "ziyalılar" tənqid olunur.
Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. Bunlar "Haqsızlıq dünyası", "Hacı Salman", "Ağanın kənizi", "Məşədi Qədimin evində bədbəxtlik", "Azadlıq üçün cinayət", "Zərifə", "Küləkli bir axşam" və s. hekayələrində öz əksini tapmışdır. 1932-ci ildə yazdığı "Düşmənlər" povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir. 1937-ci ildə isə əks-inqibaçı, burjua-millətçi kimi həbs edilmiş, 1938-ci ildə 15 dəqiqə sürən məhkəmədə T.Şahbaziyə ölüm hökmü çıхarılmışdır.[2]
Bakıdakı küçələrdən biri onun adını daşıyır.
Azərbaycan dilində
Rus dilində
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.